Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-941/2025 28.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı Cavabdeh qarşı uşağın ananın himayəsinə verilməsi, aliment və atanın razılığı olmadan uşağın ölkədən çıxışı tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 iyun 2016-cı il təvəllüdlü X1 anasının himayəsinə verilməsi, 14 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit məbləğdə 235 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, 14 iyun 2016-cı il təvəllüdlü X1 atanın razılığı olmadan xarici ölkəyə aparılması və mediasiya xərci üçün ödənilən dövlət rüsumu 60 manat və dövlət rüsumu 51 manat ödənilən məbləğində cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunan sənədlər nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirirək işə baxılmasını xahiş etmişdir. Məhkəmə isə belə qənaətə gəlir ki, iddia tələbində göstərilən xüsusatların obyektiv araşdırılması məqsədilə iddiaçının iddia ərizəsində göstərdiyi tələblərə ayrıca baxılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab olunur ki, İddiaçı Cavabdeh qarşı uşağın ananın himayəsinə verilməsi, aliment və atanın razılığı olmadan uşağın ölkədən çıxışı tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı uşağın ananın himayəsinə verilməsi, aliment və atanın razılığı olmadan uşağın ölkədən çıxışı tələbinə dair iddia ərizə geri qaytarılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanları aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-941/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-941/2025
28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver