Məhkəmə qərarları › İş №2(103)-3109/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3109/2024

06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3109/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “uşağın ölkədən getməsinə icazə verilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1972/2024 saylı işi üzrə 27 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı uşağın ölkədən getməsinə icazə verilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1972/2024 saylı işi üzrə 27 mart 2024-cü il tarixli qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3, 152.1.7,152.4, 172.1.1, 172.1.3; Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddələrinə istinadən ilə İddiaçı Cavabdeh qarşı uşağın ölkədən getməsinə icazə verilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbinə dair iddia ərizəsinin əlavə olunan sənədlərlə birlikdə geri qaytarılması, ödənilmiş 50 manat dövlət rüsumunun İddiaçı geri qaytarılması qərara alınmışdır. Qərardad, iddia ərizəsinin forma və məzmunu ilə bağlı qanunvericliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyi, alimentin tutulması haqqında iddialara 2 ay müddətinə baxılmalı olduğu halda, uşağın ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilməsi haqqında işlərə isə ümumi qaydada ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 4 aydan gec olmayan müddətdə baxılıb həll edilməsi əsası ilə bu iki iddia tələbinə birlikdə baxılmasının mümkünsüzlüyü ilə əsaslandırılmışdır. İddiaçı şikayət vermiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 1972/2024 saylı qərardadının ləğv edilməsi və ərizənin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7, 1172.1.1, 172.1.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iddia ərizəsində göstərilən tələblərin bir-biri ilə əlaqəsi olmadığını göstərmişdir. Lakin, İddia ərizəsindən göründüyü kimi, hər iki tələb eyni cavabdehə qarşı yönəlmişdir. Tələbin biri cavabdehlə iddiaçının birgə nikahlarından doğulmuş X5 üçün aliment ödənilməsi, digər hissə isə Murad Əliyevin ümüvətəndaş pasportu alması və ölkə ərazisindən çıxarılmasına icazə verilməsi barədədir. hər iki tələb iddiaçı və cavabdehin birgə nikahlarından doğulmuş övladlarının təhsil və aliment hüquqlarının müdafiə edilməsi ilə bağlıdır. Təqdim edilmiş sənədlərdən görünür ki, X1 Əliyar Əliağa oğlunun övladıdır. Murad əliyevə görə aliment tələb etmək onun anasının hüququdur. Təqdim edilmiş sənədlərdən görünür ki, X7 Respublikasının ərazisində təhsil almaq üçün zəruri imtahanları vermişdir. Təhsil haqqında qanunvericiliyə görə, ölkə xaricində ali təhsil almaq onun hüququdur. Lakin, cavabdeh valideynlik hüquqlarından sui-istifadə etməklə, Murad Əliyevin təhsil hüququnu məhdudlaşdırır. Cavabdehin buna mane olması, mediasiya sessiyasında iştirak etməməsi barədə arayışla təsdiq olunur. MPM-nin 43.1-ci maddəsinin tələbinə uyğun olaraq, iddia ərizəsinə aid olan hər iki tələbə bir icraatda baxılmalı və qiymət verilməlidir. Formalaşmış məhkəmə praktikasında nikahın pozulması və aliment tələblərinə bir qayda olaraq bir icraatda baxılır. Baxmayaraq ki, nikahın pozulması, həmçinin uşağın bu və ya digər valideynin yanında qalmasına dair iddialara ümumi prosessual müddətdə - 4 ay müddətində baxılır. Hətta nikahın pozulmasına dair mülki işlərdə, ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəmə tərəflərə 3 ay vaxt verir. Beləliklə, hazırki iddia ərizəsinin geri qaytarılması üçün MPM-nin 172.1.1, 172.1.3-cü maddələrinə istinad olunmaqla, birinci instansiya məhkəməsinin həmin maddələri yanlış şərh etmiş və səhv nəticə çıxarmışdır. Birinci instansiya məhkəməsi, iddiaya daxil olan hər iki tələbin eyni cavabdehə qarşı yönəldiyini və hər iki tələbin tərəflərin övladının aliment və təhsil hüquqları ilə bağlı olduğu nəzərə alınmamışdır. Qərardadda, ərizədə göstərilmiş tələblərin bir-biri ilə əlaqəli olmadığı işin mövcud halları ilə əsaslandırılmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1972/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə əsasən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin məcəllənin tələblərinə əsasən, 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 149-153, 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, formal və aidiyyəti olmayan mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, çatışmazlıqları aradan qaldırmaqla müraciət hüquqları mövcuddur. Qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Şikayətin dəlillərinə dair isə qeyd edilməlidir ki, hər iki tələbin uşağın mənafəyi və işin subyektiv tərkibi baxımından əsasları eyni ola bilsə də, valideynlərin hüquq və vəzifələri (maddi və prosessual hüquqtətbiqetmə) müstəvisində araşdırılası olan iddianın predmeti və əsasları fərqləndirilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 395-403-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1972/2024 saylı işi üzrə 27 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar