Məhkəmə qərarları › İş №2(067)-944/2023

Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-944/2023

04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-944/2023 04.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mənə dəymiş maddi zərərin əvəzi olaraq 650 (altı yüz əlli) manat, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 16.11,2022-ci il tarixdə ona məxsus Qusar rayonu Minəxur kəndində yerləşən evinin mülkiyyət sənədi olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və layihəsini hazırlamaq adı ilə ondan ümumilikdə 650 manat pul almış, lakin verdiyi vədinə əməl etməyərək həmin pulu mənimsəmişdir. Bununla bağlı Qusar RPŞ-yə ərizə müraciət etmişdir, faktla bağlı araşdırma aparılmış və Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(029)- 497/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 180 (yüz səksən) saat ictimai işlər tətbiq olunmuşdur. İşə baxılarkən Cavabdeh məhkəmə iclasında ona vurduğu ziyanın əvəzi olaraq 650 manat pulu 10 gün müddətində qaytaracağını bildirsə də, indiyədək qaytarmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh təqsirli hərəkəti, yəni ona qarşı dələduzluq etməsi nəticəsində ona dəymiş 650 (altı yüz əlli) manat məbləğində pul vəsaiti, həmçinin tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq ona ödənilməlidir. İş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. İddiaçı Cavabdeh iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə MPM-nin 238-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, cavabdehə Qusar rayonunun Minaxur kəndindəki evinin sənədlərini düzəltməsi üçün 650 manat pul vemişdir. Lakin o, vədinə əməl etməyib, ondan aldığı pulu da qaytarmayıb. Cavabdehin barəsində Qusar RPŞ-nə müraciət etmişdir və faktla bağlı araşdırma aparılaraq cavabdehin barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Hazırda cavabdehdən 650 manat pulunu və ödədiyi 30 manat dövlət rüsumunu tələb edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh özünü təqsirli bilmiş və inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, hal-hazırda pulu qaytarmaq iqtidarında deyildir. Maddi imkanı olanda maddi ziyanı qaytaracaqdır. Hazırda əməlinə görə peşmandır. Odur ki, barəsində qanuni qərar çıxarmasını məhkəmədən xahiş etmişdir. Beləlikllə, məhkəmə iş materiallarında olan sənədləri və iddiaçınin izahatını dinləyərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Belə ki, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh məhkəmənin bütün iclasları barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir məhkəmə prosesində iştirak etməmişdir, iştirak etməməsi barədə məhkəməyə hər hansı bir üzürlü səbəbin olması barədə məlumat verməmişdir, iddia ərizəsinə dair etirazını məhkəməyə göndərməmişdir, iddia tələbinin əsassız olmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar onun iddia tələbinin əsaslı olmasına dəlalət edir. Cavabdeh yuxarıda göstərildiyi kimi məhkəmə iclaslarına gəlmədiyindən və məhkəməyə öz sübutlarını təqdim etmədiyindən, məhkəmə iş materiallarında olan məhkəmə qərarında əks olunan izahatını araşdıraraq, belə nəticəyə gəlmişdir ki, cavabdeh törətdiyi əməli səmimi etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin təqsiri sübuta yetirilmiş qəbul olunur. Elektron məhkəmə informasiya portalında yaradılmış “dövlət rüsumunun hesablanması” kalkulyatoru vasitəsilə hesablanmış nəticəyə əsasən 650 manat iddiaya görə 47,5 manat dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 650 manat dəymiş zərərin əvəzi və ödənilmiş dövlət rüsumunun 30 manatı tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar