Məhkəmə qərarları › İş №2(067)-96/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-96/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-96/2021 06.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində 06 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 16.08.2012-ci il tarixli 117 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1147 manat, faiz borcu üzrə 1093,51 manat olmaqla, cəmi 2240,51 manat və 04.02.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2053 manat, faiz borcu üzrə 1940,30 manat olmaqla, cəmi 3993,30 manat məbləğində borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx» ASC ilə Cavabdeh arasında 16.08.2012-ci il tarixdə 117 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 22% olmaqla 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. “xxxx» ASJ ilə Cavabdeh arasında 04.02.2013-cü il tarixdə 07 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 22% olmaqla 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə görə zamin borclu ilə birlikdə öhdəlikləri yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən cavabdeh ödəniş cədvəli üzrə öhdəlikləri vaxtında icra etməli olduğu halda o müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, krediti və kredit üzrə hesablanmış faiz borcunu qaytarmamışlar. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, “xxxx» ASC ilə Cavabdeh arasında 16.08.2012-ci il tarixdə 117 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 22% olmaqla 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. “xxxx» ASC ilə Cavabdeh arasında 04.02.2013-cü il tarixdə 07 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 22% olmaqla 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 31.03.2021-ci il tarixli 9/1577 nömrəli rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh 01.01.2017-ci il tarixə olan borcu (kredit müqavilələrinin müddətinin bitdiyi tarixdən 01.01.2017-ci il tarixədək əsas borca hesablanan faiz dərəcəsi illik 5% dərəcəsi ilə hesablanmaqla) aşağıdakı kimi müəyyən edilir, 16.08.2012-ci il tarixli 117 saylı kredit müqaviləsi üzrə əsas borc 1215,69 manat, faiz borcu üzrə 37,99 manat, 04.02.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə əsas borc 2250,97 manat, faiz borcu üzrə 575,44 manat təşkil edir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 16.08.2012-ci il tarixli 117 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1147 manat, faiz borcu üzrə 37,99 manat və 04.02.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən əsas borc 2053 manat, faiz borcu üzrə 575,44 manat və 30 manat dövlət rüsumu alınaraq "İddiaçı" QSC Bank Olmayan Kredit Təşkilatına verilsin. Ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar