Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-965/2024 27.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 10 000 (on min) manat məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə notarial qaydada borc müqaviləsi bağlayaraq, ondan 10 000 manat borc pul almış və sonradan borcunu ödəmədiyinə görə notarius tərəfindən icra qeydi çıxarılaraq icra olunması üçün İcra şöbəsinə göndərilmişdir. Həmin icra sənədi xx.xx.2023-cü il tarixdə icra olunmadan geri qaytarılmışdır. Qeyd olunanlara əsasən ı məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddiasını müdafiə edərək, göstərmişdir ki, xx.xx.2013-cü il tarixli notarial qaydada bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh ondan aldığı 10 000 (on min) manat məbləğində pulu xx.xx.2015-ci il tarixdə qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. O, borcunu müəyyən olunmuş vaxtda qaytarmadığına görə, Cavabdeh 10 000 manat məbləğində pulun tutulub ona verilməsi barədə Xaçmaz rayon 1 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2016cı il tarixdə icra qeydi verilmişdir. Lakin cavabdeh onun pulunu yenə də ödəməmişdir. Bu səbəbdən o, icra sənədinin qaytarılmasına dair ərizə ilə Xaçmaz rayon İcra şöbəsinə müraciət etmiş və xx.xx.2023-cü il tarixli qərarla icra sənədi Xaçmaz rayon Notariat Kontoruna qaytarılmışdır. Hazırda cavabdehdən pulunu tələb edir. Ona görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasının təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli borc müqaviləsindən müəyyən olunur ki, Cavabdeh İddiaçı aldığı 10 000 (on min) manat məbləğində pulu xx.xx.2015-ci il tarixdə qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli icra qeydindən müəyyən olunur ki, Cavabdeh 10 000 manat məbləğində pulun tutulub İddiaçı verilməsi barədə Xaçmaz rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən icra qeydi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı 10 000 manat məbləğində pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli qərardadından şikayəti geri qaytarılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2201/2022 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə hazırlıq icraatına xitam verilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)- 2201/2022 saylı qərardadından müəyyən olunur ki, İddiaçı Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2201/2022 saylı qərardadından verdiyi şikayət Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2201/2022 saylı qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra İddiaçı Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2201/2022 saylı qərardadından yenidən verdiyi şikayət Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2201/2022 saylı qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı verdiyi şikayət isə Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2201/2022 saylı qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-2450/2022 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş və Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2201/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Xaçmaz rayonu 1 saylı notariat kontorunun xüsusi notariusunun xx.xx.2016-cı il tarixli icra qeydinin və iş üzrə icraata xitam verilməsi haqqında Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının olduğu müəyyən olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ayrı-ayrı qərarlarda ifadə etdiyi hüquqi mövqeyə görə mövcud müdafiə vasitələrinin səmərəliliyinin qiymətləndirilməsində müraciət edilən orqanın səlahiyyətləri və həmin orqanın hüquqları bərpa edə biləcək real imkanları nəzərə alınmaqla həmin orqanlar da “məhkəmə” məfhumunu ehtiva edir (X1rşı, Leander İsveçə qarşı, Jhahal İngiltərəyə qarşı, Klass və digərləri Almaniyaya qarşı və s.). Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Xaçmaz rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli icra qeydi hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının olması anlamına gəlir. Eyni zamanda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iş üzrə icraata xitam verilməsinə dair Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qərardadı mövcuddur. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə hazırlıq icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər.. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-965/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-965/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver