Məhkəmə qərarları › İş №2(067)-986/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-986/2022

04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-986/2022 04.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3910 manat dəymiş ziyan, 21 gün ərzində hər günə 25 manat hesablanmaqla, 525 manat əldən çıxmış fayda və ödənilmiş 64,35 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh idarə etdiyi Mersedes-Benz C180 markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsini 327.1-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmişdir. İnzibati xətanın törədilməsi nəticəsində ona məxsus Hyundai Elantra markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Bu barədə Bakı şəhəri X4 İdarəsini tərəfindən İXP ******* saylı protokol tərtib edilmiş və cavabdehin hadisə barədə xx.xx.2022-ci il tarixli izahatı da alınmışdır. İzahatda cavabdeh R.Rüstəm küçəsi ilə Məhsəti küçəsinin kəsişməsində STOP nişanının tələbini pozduğunu və sağından gələn ona məxsus Hyundai Elantra markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurmaqla qəza törətdiyini etiraf etmişdir. Qəza nəticəsində mənim nəqliyyat vasitəsi yararsız vəziyyətə diişmüşdür. Nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarını müəyyən etmək üçün Haval Azərbaycan "xxxx" QSC tərəfindən ilkin qiymətləndirmə aktı tərtib olunmuş və akta əsasən avtomobilinin təmiri üçün 8760 AZN pul vəsati lazım olduğu müəyyən edilmişdir. Qeyd edilən məbləğin 4850 AZN məbləği cavabdehin sığortaçısı tərəfindən ödənilmişdir. Qalıq 3910 manat məbləğ isə hal hazırki vaxtadək ödənilməmişdir və buna görə o öz nəqliyyat vasitəsini təmir elətdir bilməmişdir. Cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq, 3910 manat qalıq məbləği ödəməkdən imtina etmişdir. Avtomobili onun yeganə qazanc vasitəsidir, belə ki o, həmin avtomobillə taksi xidmətləri və s digər xidmətlər göstərək günlük qazanc əldə etmişdir. Artıq 21 gündür ki, evinə çörək pulu apara bilmir. Taksi xidmətləri ilə günlük olaraq 25-30 manat elə günlər də olur ki, 50 manat pul qazanmışdır. İndi isə heç bir yerdən qazanc əldə edə bilmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdeh idarə etdiyi “Mercedes Benz C180” markalı ** BT *** dövlət qeydiyyat nişanlı atomaşınla yol-nəqliyyat hadisəsi törədib və iddiaçıya məxsus “Hyundai Elantra” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan vurmuş, bu əməlinə görə İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Cavabdeh etdiyi əməli inzibati xəta haqqında protokol tərtib edilərkən verdiyi izahatda etiraf edib. Qəza nəticəsində iddiaçının nəqliyyat vasitəsi yararsız hala düşüb. “Haval Azərbaycanın "xxxx" QSC tərəfindən ilkin qiymətləndirmə aktı tərtib olunub və akta əsasən avtomobilin təmiri üçün 8760 manat pul lazım olduğu müəyyən olunub. Bu məbləğin 4850 manatı cavabdehin sığorta tərəfindən ödənilib. 3910 manat məbləğ isə ödənilməmiş qalıb. İddiaçı taksi xidməti göstərir, avtomaşını qəzaya uğradığına görə işləyə, qazanc əldə edə bilmir. Onun taksi xidməti göstərməyi ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Ona görə iddiaçı hazırkı iddianı qaldırıb. İş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, «Hyundai Elantra» markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, avtomobilin ehtiyat hissələri yararsız vəziyyətə düşdüyü üçün dəyişdirilmiş və işlər görülmüşdür. Cəmi 8760 manat təmir işləri üçün vəsait xərclənmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. X2 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2655 nömrəli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı «Hyundai Elantra» markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7261 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli 9/2655 nömrəli ekspert tərəfindən müəyyən edilən 7261 manat ziyanın 4850 manat məbləği Sığorta şirkəti tərəfindən ödənildiyindən Cavabdeh 2411 manat borc pul və ödənilmiş dövlət rüsumunun 34.11 manatı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2411 manat borc pul və 34.11 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun 80 manatı Cavabdeh, 20 manatı isə İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar