Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-136/2023 18.07.2023 XIZI RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əliyeva (Nəzarəliyeva) Kəmalə Yasin qızının iştirakı ilə, İddiaçı cavabdeh Əliyeva (Nəzarəliyeva) Kəmalə Yasin qızına qarşı dəymiş maddi ziyan tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əliyeva (Nəzarəliyeva) Kəmalə Yasin qızına qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3150 manat məbləğində dəymiş maddi ziyan və 53 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3203 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Qax rayonunun Turaclı kəndində yaşayır. Keçmiş gəlinləri olan cavabdeh ona məxsus olan 7000 manat dəyərində olan qızıl-zinət əşyalarını gizli yolla oğurlayaraq başqa şəxsə satmışdır. Lakin ekspertiza nəticəsində oğurlanmış qızılların dəyəri 3150 manat müəyyən edilmişdir. Bununla əlaqədar 10 iyun 2021-ci il tarixdə cavabdeh barəsində Qax Rayon Məhkəməsinin 1(024)-05/2021 saylı hökmü ilə barəsində ittihamverici hökm çıxarılmışdır. Təqsirləndirilən şəxs, yəni hazırki cavabdeh Əliyeva (Nəzarəliyeva) Kəmalə qızı həmin hökmlə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(107)-145/2022 saylı hökmü ilə şikayəti təmin edilməmişdir. Daha sonra cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 1(102)- 1718/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Əliyeva (Nəzarəliyeva) Kəmalə Yasin qızı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o iddiaçının evindən hər hansı bir oğurluq etməmiş və heç kimə qızıl satmamışdır. Hazırda onun həmin məbləği qaytarmağa imkanı da yoxdur. Belə ki, bir azyaşlı qızı vardır və uşağını xəstəliyi ilə əlaqədar müalicə etdirir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, Qax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(024)-05/2021 nömrəli hökmü ilə NəzarCavabdeh qızı Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmçinin iş üzrə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(107)-145/2022 saylı qərarı ilə təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(024)-05/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2022ci il tarixli, 1(102)-1718/2022 saylı qərarı ilə NəzarCavabdeh müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, NəzarCavabdeh barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 1(107)-145/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 53 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün iddiaçıya tələb olunan məbləğdə maddi ziyanın cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2022ci il tarixli, 1(102)-1718/2022 saylı qərarında göstərilmişdir ki, NəzarCavabdeh qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Kəmalə Nəzarəliyeva qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat təxminən 19 radələrində Qax rayonu Turaclı kənd sakini X1 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin qonaq otağında yerləşən saxlanc yeri olan sandığın içərisindən sonuncunun həyat yoldaşı İddiaçı məxsus hər biri 5 qram olan 585 əyarlı ümumi dəyəri 300 manat olan 6 ədəd qadın qızıl üzüyü, bir ədəd 10 qram olan 585 əyarlı ümumi dəyəri 600 manat olan kişi qızıl üzüyünü, bir ədəd 20 qram olan 750 əyarlı ümumi dəyəri 1500 manat olan qızıl boyunbağını, hər biri 5 qram olan 750 əyarlı ümumi dəyəri 375 manat olan iki ədəd qızıl bilərziyi və iki ədəd hər biri 5 qram olan 750 əyarlı ümumi dəyəri 375 manat olan qızıl sırğanı gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 3150 (üç min yüz əlli) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Həmin qərarda və hökmdə həmçinin göstərilmişdir ki, iş üzrə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Göründüyü kimi cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq oğurluq etməsi və bunun nəticəsində iddiaçıya 3150 manat məbləğində maddi ziyan vurması yuxarıda qeyd edilən məhkəmə qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Əliyeva (Nəzarəliyeva) Kəmalə Yasin qızından İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi olaraq 3150 manat məbləğində pul və ödənilmiş 53 manat məbləğində dövlət rüsumu tutularaq ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 3150 manat məbləğində pul və 53 manat ödənilmiş dövlət rüsumu, cəmi 3203 (üç min iki yüz üç) manat məbləğində pul cavabdeh Əliyeva (Nəzarəliyeva) Kəmalə Yasin qızından tutularaq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-136/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-136/2023
18.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver