Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-16/2021 19.10.2021 XIZI RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6087 manat maddi zərərin, 50 manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 20 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6687 manat maddi zərərin, 50 manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 20 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 18 may 2020-ci il tarixdə, saat 12:30 radələrində "Vaz 21074 minik" markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhərində S.Vurğun və P.Hüseynov küçələrinin kəsişməsində işıqforun qırmızı işığında hərəkət edərək sağ tərəfdən hərəkətdə olan iddiaçıya məxsus “Mazda 3 minik” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və zərbənin təsirindən idarəetməni itirərək işıqforda dayanan “Qaz 3102” və “Ford Tranzit” markalı avtomobillərə dəymişdir. Sözügedən nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt şəhər DYPŞ tərəfindən AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC tərəfindən 04 iyun 2020-ci il tarixli qüsur aktı tərtib edilmiş və həmin akta əsasən, iddiaçının avtomobilinə ümumilikdə 10887,25 manat məbləğində ziyan dəymişdir. Həmin ziyan məbləğinin 4400 manatı cavabdehin avtomobilinin sığortalandığı “Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən iddiaçıya ödənilmişdir. Ziyan məbləğinin tam ödənilməsi üçün Cavabdeh müraciət etsələr də, hər hansı bir nəticəsi olmamışdır. Bundan əlavə, iddiaçı qüsur aktının tərtib edilməsi üçün 200 manat, vəkilə xidmət haqqı olaraq 50 manat ödəniş etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram vuraraq, xəstəliyi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, AC seriyalı, 450996 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mazda 3 minik” markalı, 2014-cü il buraxılışlı, **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İşdə olan AC seriyalı, 630486 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Vaz 21074 minik" markalı, 2000-ci il buraxılışlı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r. İşdə olan ƏN-İV seriyalı, 654950 saylı etibarnamənin surətindən görünür ki, "Vaz 21074 minik" markalı, 2000-ci il buraxılışlı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 bu avtomobili 30 sentyabr 2018-ci il tarixdən 26 fevral 2024-cü il tarixədək idarə etmək üçün Cavabdeh etibar etmişdir. İşdə olan Sumqayıt ŞPİ-in DYPŞ-nin inspektoru X2 tərəfindən 18 may 2020-ci il tarixdə tərtib edilmiş AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Cavabdeh 18 may 2020-ci il tarixdə, saat 12:30 radələrində "Vaz 21074 minik" markalı, **- GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhərində S.Vurğun və P.Hüseynov küçələrinin kəsişməsində işıqforun qırmızı işığında hərəkət edərək sağ tərəfdən hərəkətdə olan “Mazda 3 minik” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və zərbənin təsirindən idarəetməni itirərək işıqforda dayanan “Qaz 3102” və “Ford Tranzit” markalı avtomobillərə dəymişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən 04 iyun 2020-ci il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, “Mazda 3 minik” markalı, 2014-cü il buraxılışlı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə dəymiş zərər ümumilikdə 10887,25 manat məbləğində müəyyən edilmişdir. İşdə olan kassa mədaxil orderindən görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən qüsur aktının tərtib edilməsi üçün 200 manat rüsum ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2021-ci il tarixli, 9/2949-8/993 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 04 iyun 2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı, “Mazda 3 minik” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8873 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan 05 avqust 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 18 may 2020-ci il tarixdə, saat 12:30 radələrində "Vaz 21074 minik" markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt şəhərində S.Vurğun və P.Hüseynov küçələrinin kəsişməsində işıqforun qırmızı işığında hərəkət edərək sağ tərəfdən hərəkətdə olan “Mazda 3 minik” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və zərbənin təsirindən idarəetməni itirərək işıqforda dayanan “Qaz 3102” və “Ford Tranzit” markalı avtomobillərə dəymişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Eyni zamanda, ekspert rəyinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində “Mazda 3 minik” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 8873 manat müəyyən edilmiş və həmin ziyan məbləğinin 4400 manatı cavabdehin avtomobilinin sığortalandığı “Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, "yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər". İş materiallarından, cavabdehin izahatından, eləcə də cavabdehin Sumqayıt ŞPİ-nin DYP-də yazdığı izahatının surətindən aydın olur ki, "Vaz 21074 minik" markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisə vaxtı, yəni 18 may 2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə edilmişdir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı "Vaz 21074 minik" markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində İddiaçı məxsus “Mazda 3 minik” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ekspert rəyinə görə 8873 manat məbləğində zərər dəymiş və həmin ziyan məbləğinin 4400 manatı cavabdehin avtomobilinin sığortalandığı “Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən iddiaçıya ödənilmişdir. Həmin zərərin qaliq məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4473 manat məbləğində dəymiş zərər, qüsur aktının tərtib edilməsi üçün ödənilmiş 200 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4703 manat tutularaq ödənilməlidir. Məhkəmə iddia tələbinin qalıq məbləğə aid hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmadığından əsassız hesab edilməli və təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4473 manat məbləğində dəymiş zərər, qüsur aktının tərtib edilməsi üçün ödənilmiş 200 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4703 (dörd min yeddi yüz üç) manat tutularaq ödənilsin. Aparılmış məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-16/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-16/2021
19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver