Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-171/2024 02.07.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3500 manat məbləğində dəymiş maddi ziyanın və 55 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xızı Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 1(068)-6/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qanuni qüvvəsini almış həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh təkrar etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 12 may 2022ci il tarixdə. saat 15:00 radələrində Xızı rayonu Xələnc kəndində İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qohumunun işlədiyini yalan olaraq bildirib həmin şəxsin vasitəsi ilə İİ qrup əlillik dərəcəsi üzrə əvvəllər aldığı pensiyasını bərpa etdirəcəyini vəd verərək, həmin işin qarşılığında İddiaçı 3500 manat pul istəmiş, o, 13 may 2022-ci il tarixdə, saat 09:00 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında İddiaçı 3500 manat pul aldadıb alaraq vədinə əməl etməməklə İddiaçı həmin məbləğ pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir. Həmin cinayət işi üzrə Cavabdeh təqsirləndirilən şəxs qismində dindirilərkən iddiaçıya qarşı dələduzluq əməli törətməsini səmimi etiraf etsə də, iddiaçıya vurulmuş ziyanı ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər cavabdehə göndərilmiş və iddiaya dair yazılı etirazını məhkəməyə təqdim etməsi təklif edilmiş, lakin cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iclasın Cavabdeh iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, Xızı Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 1(068)-6/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin iş üzrə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün iddiaçıya tələb olunan məbləğdə maddi ziyanın cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki, qanuni qüvvəsini almış Xızı Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 1(068)-6/2024 saylı hökmündə göstərilmişdir ki, Cavabdeh təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 12 may 2022-ci il tarixdə. saat 15:00 radələrində Xızı rayonu Xələnc kəndində İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qohumunun işlədiyini yalan olaraq bildirib həmin şəxsin vasitəsi ilə İİ qrup əlillik dərəcəsi üzrə əvvəllər aldığı pensiyasını bərpa etdirəcəyini vəd verərək, həmin işin qarşılığında İddiaçı 3500 manat pul istəmiş, o, 13 may 2022-ci il tarixdə, saat 09:00 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında İddiaçı 3500 manat pul aldadıb alaraq vədinə əməl etməməklə İddiaçı həmin məbləğ pulunu ələ keçirib qəsdən təkrar dələduzluq etmişdir. Həmin hökmdə həmçinin göstərilmişdir ki, iş üzrə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Göründüyü kimi cavabdehin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirib qəsdən dələduzluq etməsi və bunun nəticəsində iddiaçıya 3500 manat məbləğində maddi ziyan vurması yuxarıda qeyd edilən məhkəmə hökmü ilə müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi olaraq 3500 manat məbləğində pul və ödənilmiş 55 manat məbləğində dövlət rüsumu tutularaq ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 3500 manat məbləğində pul və 55 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-171/2024
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-171/2024
02.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver