Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-198/2025 22.10.2025 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçılar Seyı̇ dəlı̇ yeva Afaq Sərməst qızı və Zülfüqarova Mahı̇ rə Hüseyn qızının iştirakı ilə, İddiaçılar Seyı̇ dəlı̇ yeva Afaq Sərməst qızı və Zülfüqarova Mahı̇ rə Hüseyn qızının cavabdeh Allahverdı̇ yev Ələkbər Mamed oğluna qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçılar Seyı̇ dəlı̇ yeva Afaq Sərməst qızı və Zülfüqarova Mahı̇ rə Hüseyn qızı cavabdeh Allahverdı̇ yev Ələkbər Mamed oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Zülfüqarova Mahı̇ rə Hüseyn qızının xeyrinə 4000 manat, Seyı̇ dəlı̇ yeva Afaq Sərməst qızının xeyrinə 5000 manat pulun, eləcə də materialların bazar dəyəri olan 4000 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki iş icraata qəbul edilərək, həmin mülki iş üzrə məhkəmə hazırlıq iclası 22 oktyabr 2025-ci il tarixinə təyin olunmuşdur. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçılar Seyı̇ dəlı̇ yeva Afaq Sərməst qızı və Zülfüqarova Mahı̇ rə Hüseyn qızı məhkəməyə ərizə verərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçıların ərizəsi təmin edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar Seyı̇ dəlı̇ yeva Afaq Sərməst qızı və Zülfüqarova Mahı̇ rə Hüseyn qızının cavabdeh Allahverdı̇ yev Ələkbər Mamed oğluna qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(068)-198/2025
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-198/2025
22.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver