Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-24/2021 18.02.2021 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X3 Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 manat pulun tutularaq, bank hesablarına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xızı rayonu, Giləzi qəsəbə sakini Cavabdeh Bakı-Quba avtomobil yolunun 70-ci kilometrliyində yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 ASC-nin 6 saylı Yaşıllaşdırma İdarəsinin 4 saylı yaşıllıq sahəsində ona məxsus mal-qaranı qanunsuz otararaq, həmin yaşıllıq sahəsində yerləşən köküstə yaş halda 4 ədəd tuya və 6 ədəd iydə ağacına boy artımını dayandıracaq dərəcədə zədə vurulmasına şərait yaratmışdır. Faktla əlaqədar Cavabdeh barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzbati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin tələblərini və “Yaşıllıqların mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, inzbati xəta törətmiş, nəticədə Nazirlər Kabinentinin xx xxxxxxx 2016-cı il tarixli, 421 saylı qərarına əsasən onun barəsində təbiətə dəymiş ziyana görə 800 manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabatı Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, 11-Y saylı məktubla göndərilsə də, cavabdeh iddia məbləğini ödəməkdən imtina etmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 58907 nömrəli aktın, xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə Bakı-Quba avtomobil yolunun 70-ci kilometrliyində yerləşən 6 saylı Yaşıllaşdırma İdarəsinin 4 saylı yaşıllıq sahəsində ona məxsus mal-qaranı qanunsuz otararaq, həmin yaşıllıq sahəsində yerləşən köküstə yaş halda 4 ədəd tuya və 6 ədəd iydə ağacına boy artımını dayandıracaq dərəcədə zədə vurmuşdur. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 58907 nömrəli aktın və Cavabdeh izahatının surətindən görünür ki, Cavabdeh ona məxsus mal-qaranı 4 saylı yaşıllıq sahəsində otardığını etiraf etməklə, yuxarıda qeyd edilən aktla razılaşaraq imza etmişdir. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli, 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın 1 nömrəli əlavəsinə uyğun tərtib edilmiş hesabatdan görünür ki, Cavabdeh yaşıllıq sahəsində yerləşən köküstə yaş halda 4 ədəd tuya və 6 ədəd iydə ağacına boy artımını dayandıracaq dərəcədə zədə vurması nəticəsində dəymiş zərərin miqdarı 10 ədəd x 80 manat = 800 manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) görə iddiaçıya 800 manat həcmində ziyan vurmuşdur. Həmin zərərin könüllü ödənilməsi cavabdehə təklif edilsə də, bunun nəticəsi olmamış, buna görə də iddiaçı həmin zərərin tutulması məqsədilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin obyektləri yaşıllıqlar (ağac, kol, gül-çiçək, ot bitkiləri, onların əkin materialları (toxumlar, şitillər, tinglər), yaşıllıq əraziləri və onlardan istifadə hüquqlarıdır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, yaşıllıqların mühafizəsi sahəsində tədbirlərin yerinə yetirilməsini, bu Qanunun tələblərinə əməl olunmasını, bitkilərə aqrotexniki qulluq edilməsi və fitosanitar tədbirlərin aparılması vəziyyətini yoxlamaq, yaşıllıqların bərpasına nəzarəti həyata keçirmək; yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək; yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək; yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqlarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli, 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın 2.1.2-ci bəndinə əsasən, yaşıllıqların məhv edilməsinə, yəni bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) görə yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulmasında təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər yaşıllıqlara dəymiş ziyanla bağlı maddi məsuliyyətə cəlb edilirlər. Bu Qaydaların 3.1.1-ci bəndinə əsasən, fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın miqdarı bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun hesablanması tətbiq edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Qanunun 25-ci maddəsinə əsasən, yaşıllıqların mühafizəsi ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələblərini əhəmiyyətli dərəcədə pozduğuna, yəni yaşıllıqların məhv edilməsinə, bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkətlərə (hərəkətsizliyə) görə iddiaçı, cavabdehdən vurduğu zərərin əvəzinin tam şəkildə ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 800 manat pul tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 bank hesabina ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X3 dövlət rüsumunun ödənilməsindən azad edildiyindən bu hal nəzərə alınmalı və iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 bank hesabına ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(068)-24/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-24/2021
18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver