Məhkəmə qərarları › İş №2(068)-44/2021

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-44/2021

14.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-44/2021 14.10.2021 XIZI RAYON MƏHKƏMƏSİ X16 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 4877 manat idarə etdiyi avtomobilə dəymiş zərərin və ziyan aktının tərtib edilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh X7 21 oktyabr 2020-ci il tarixdə, saat 16:30 radələrində “Opel Vectra” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Quba yolunun 36-cı kilometrliyində hərəkət zamanı maneədən sağa manevr etməklə yolun sağında dayanan ona məxsus “Mercedes” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfindən toqquşaraq, zərbənin təsirindən ona məxsus minik avtomobili yolun sağ hissəsində dəmir çəpərə çırpılmış və avtomobil deformasiyaya uğramışdır. Sözügedən nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt şəhər DYPŞ tərəfindən AP ******* saylı inzibatı xəta haqqında protokol tərtib edilmişdir. X13 avtoeksperti tərəfindən 29 oktyabr 2020-ci il tarixli E-362 saylı ziyan aktı tərtib edilmişdir. Həmin akta əsasən, minik avtomobilinə ümumilikdə 9877 manat məbləğində ziyan dəymişdir. Həmin ziyan məbləğinin 5000 manatı cavabdehin avtomobilinin sığortalandığı “Dövlət Sığorta Şirkəti” tərəfindən ödənilmişdir. Ziyan məbləğinin 4877 manatının ödənilməsi üçün cavabdeh X5 müraciət etsə də, hər hansı bir nəticəsi olmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdeh X3 işin mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq, iddiaçının məhkəmə iclasına gəlməməsini üzürsüz hesab etmiş və onun iştirakı olmadan mübahisəyə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Həmçinin, İddiaçı məhkəmənin əvvəlki iclasında iştirak edərək, iddia tələbini müdafiə etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X8 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iddia ərizəsində də qeyd olunduğu kimi, yol nəqliyyat hadisəsi 21 oktyabr 2020-ci il tarixdə Bakı-Quba yolunun 36-cı kilometrliyində baş vermiş, həmin vaxt İddiaçı məxsus “Mercedes Benz” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə təxminən 7000 manat məbləğində ziyan dəymiş, sığorta müqaviləsinə əsasən nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin avtomaşına vurulmuş 5000 manat məbləğində ziyan sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Hazırda ekspert rəyinə əsasən avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 9097 manat müəyyən edilməsi ilə razı deyildir. Buna görə də, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası DİN Sumqayıt RQİ və TBŞ tərəfindən 05 sentyabr 2019-cu il tarixdə verilmiş AD seriyalı, 563811 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” markalı, 2001-ci il buraxılışlı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İşdə olan Azərbaycan Respublikası DİN Sumqayıt RQİ və TBŞ tərəfindən 03 iyul 2020-ci il tarixdə verilmiş AD seriyalı, 817743 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Opel Vectra" markalı, 1999-cu il buraxılışlı, **- FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X6r. İşdə olan Sumqayıt ŞPİ-in DYPŞ-nin inspektoru X9 tərəfindən 22 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, X8 21 oktyabr 2020-ci il tarixdə, saat 16:30 radələrində "Opel Vectra" markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Quba yolunun 36-cı kilometrliyində hərəkət zamanı maneədən sağa manevr etməklə yolun sağında dayanan “Mercedes” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfindən toqquşmuş və zərbənin təsirindən həmin minik avtomobili yolun sağ hissəsində dəmir çəpərə çırpılmışdır. Bununla da, X8 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan "xxxx" ASC-nin X1 tərəfindən 29 oktyabr 2020-ci il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, “Mercedes Benz” markalı, 2001-ci il buraxılışlı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə dəymiş zərər ümumilikdə 9877 manat məbləğində müəyyən edilmişdir. İşdə olan kassa mədaxil orderindən görünür ki, İddiaçı "xxxx" ASC-nin X1 tərəfindən qüsur aktının tərtib edilməsi üçün 20 manat rüsum ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2021-ci il tarixli, 9/2947-8/991 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, X14 tərəfindən təqdim edilmiş 29 oktyabr 2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2001-ci il buraxılışlı, “Mercedes Benz” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 9097 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən 20 may 2015-ci il tarixdə verilmiş AA seriyalı, 335829 nömrəli vəsiqənin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsi məlumatlardan görünür ki, İddiaçı məcburi köçkün statusundadır. Məhkəmə iclasında müəyyən olundu ki, X8 21 oktyabr 2020-ci il tarixdə, saat 16:30 radələrində Bakı-Quba yolunun 36-cı kilometrliyində "Opel Vectra" markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət zamanı maneədən sağa manevr etməklə yolun sağında dayanan “Mercedes” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol tərəfindən toqquşmuş və zərbənin təsirindən həmin minik avtomobili yolun sağ hissəsində dəmir çəpərə çırpılmışdır. Bununla da, X8 Azərbaycan Respublikasının İXMnin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Eyni zamanda, ekspert rəyinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 9097 manat müəyyən edilmiş və həmin ziyan məbləğinin 5000 manatı cavabdehin avtomobilinin sığortalandığı “Dövlət Sığorta Şirkəti” tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, "yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər". İş materiallarından, cavabdehin izahatından, eləcə də cavabdehin Sumqayıt ŞPİ-nin DYP-də yazdığı izahatının surətindən aydın olur ki, "Opel Vectra" markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisə vaxtı, yəni 21 oktyabr 2020-ci il tarixdə cavabdeh X8 tərəfindən idarə edilmişdir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı "Opel Vectra" markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh X8 idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində İddiaçı məxsus “Mercedes” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ekspert rəyinə görə 9097 manat məbləğində zərər dəymiş və həmin ziyan məbləğinin 5000 manatı cavabdehin avtomobilinin sığortalandığı “Dövlət Sığorta Şirkəti” tərəfindən iddiaçıya ödənilmişdir. Həmin zərər qaliq məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilmədiyi üçün sonuncunun cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh X2 İddiaçı xeyrinə 4097 manat məbləğində dəymiş zərər və 20 manat məbləğində ziyan aktının tərtib edilməsi üçün ödənilmiş rüsum tutularaq ödənilməlidir. İddianın verildiyi vaxt qüvvədə olmuş "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 30 manat dövlət rüsumu cavabdeh X2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 İddiaçı xeyrinə 4097 (dörd min doxsan yeddi) manat məbləğində dəymiş zərər və 20 (iyirmi) manat məbləğində ziyan aktının tərtib edilməsi üçün ödənilmiş rüsum tutularaq ödənilsin. İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu cavabdeh X2 alınaraq dövlət büdcəsinə keçirilsin. Aparılmış məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar