Məhkəmə qərarları › İş №2(068)-8/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-8/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-8/2022 09.02.2022 XIZI RAYON MƏHKƏMƏSİ X2 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 23 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə 65759,11 manat əsas borc, 12110,70 manat faiz borcu və 1,42 manat cərimə borcu olmaqla, cəmi 77871,23 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi ünvanında yerləşən 3 otaqlı, 66.0 kv.metr ümumi sahədən ibarət 131 saylı evin 111 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Baki şəhəri, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi ünvanında yerləşən 3 otaqlı, 66.0 kv.metr ümumi sahədən ibarət 131 saylı evin 111 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi ünvanında yerləşən 3 otaqlı, 66.0 kv.metr ümumi sahədən ibarət 131 saylı evin 111 saylı mənzilinə tutma yönəldildikdə və satıldıqdan 1 ay sonra cavabdeh və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılması, mənzilin boşadılması və Banka təhvil verilməsi; cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 23 aprel 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" İKB ASC (hazırki adı İddiaçı ASC) arasında bağlanmış 23 aprel 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 300 ay müddətinə, illik 7 faiz hesablanmaq şərtilə 70000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi ünvanında yerləşən 3 otaqlı, 66.0 kv.metr ümumi sahədən ibarət 131 saylı evin 111 saylı mənzili ipoteka ilə yüklü edilmiş və bu barədə 25 aprel 2018-ci il tarixli, 20-İP- AİF-1-0-76-18 saylı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 17 may 2018-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 88000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİnin MAPS şöbəsinin arayışına və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh 29.05.1980-ci ildə, Neftçala rayonu, Qırmızıkənd kəndində anadan olmuş, hazırda Xızı rayonu, Yaşma-4 071№-li H/H ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 aprel 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 300 ay müddətinə, illik 7 faiz hesablanmaq şərtilə 70000 manat kredit verilmişdir. 23 aprel 2018-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh həmin kredit sazişi üzrə 300 ay müddətində hər ay 494,75 manat ödəməli idi. 25 aprel 2018-ci il tarixli, 20-İP-AİF-1-0-76-18 saylı alqı satqı və ipoteka müqaviləsinə əsasən cavabdehin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi ünvanında yerləşən 3 otaqlı, 66.0 kv.metr ümumi sahədən ibarət 131 saylı evin 111 saylı mənzili (bundan sonra – ipoteka predmeti olan ev) cavabdehin kredit öhdəliklərinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışına əsasən ipoteka predmeti olan mənzil 17 may 2018-ci il tarixdən 300 (üç yüz) ay müddətində iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan maliyyə arayışına əsasən 17 yanvar 2022-ci il tarixə cavabdehin əsas məbləğ üzrə borcu 65759,11 manat, 12110,7 manat faiz borcu və 1,42 manat cərimə borcu olmaqla, cəmi 77871,23 manat borcu vardır. İşdən göründüyü kimi göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində 19 mart 2021-ci il tarixində qeydə alınmışdır. İddiaçı tərəfindən bu bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. “X1” Məhdud Məsuliyətli Cəmiyyətinin yaşayış evinin qiymətləndirilməsi barədə 08 dekabr 2021-ci il tarixli, 509 saylı hesabatında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi ünvanında yerləşən 3 otaqlı, 66.0 kv.metr ümumi sahədən ibarət 131 saylı evin 111 saylı mənzilin qiymətləndirmə tarixinə olan likvid dəyəri 79200 manat müəyyən edimişdir. İşdə olan "xxxx" MMC-nin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 aprel 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 300 ay müddətinə, illik 7 faiz hesablanmaq şərtilə 70000 manat kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 17 yanvar 2022-ci il tarixə cavabdehin əsas məbləğ üzrə borcu 65759,11 manat, 12110,7 manat faiz borcu və 1,42 manat cərimə borcu olmaqla, cəmi 77871,23 manat borcu vardır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 65759,11 manat əsas borc məbləğinə 1,42 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi ünvanında yerləşən 3 otaqlı, 66.0 kv.metr ümumi sahədən ibarət 131 saylı evin 111 saylı mənzili iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı cavabdehin kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, cavabdehin kredit borcu üzrə tələbi həmin ipoteka predmetinə yönəldilməli, mənzil açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.) Göründüyü kimi “X1” Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirilməsi barədə 08 dekabr 2021-ci il tarixli hesabatında ipoteka predmetinin likvid qiyməti 79200 manat məbləğdə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mənzilin qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Eyni zamanda, iddiaçının ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı çəkdiyi xərclər də cavabdehdən tutulmalıdır. Mənzil satıldıqdan sonra boşaldılaraq alıcıya təhvil verilməsi məsələlərinə gəldikdə isə qeyd edilməlidir ki, həmin məsələlər ipoteka predmetinin satışından sonra həll edilməli olan məsələlərdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat pul Cavabdeh tutularaq “X1” Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Əsas borc üzrə 65759,11 manat, 12110,7 manat faiz borcu və 1,42 manat cərimə borcu olmaqla, cəmi 77871,23 (yetmiş yeddi min səkkiz yüz yetmiş bir manat iyirmi üç qəpik) manat məbləğində pul, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat rüsum, 30 (otuz) manat xidmət haqqı və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi ünvanında yerləşən 3 otaqlı, 66.0 kv.metr ümumi sahədən ibarət 131 saylı evin 111 saylı mənzilinə yönəldilsin və mənzil açıq hərracda satılsın. Mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcu ödənilsin. İddiaçı ASC-yə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Mənzilin satışından əldə edilmiş məbləğ borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ cavabdehdən ümumi qaydada tutulsun. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi ünvanında yerləşən 3 otaqlı, 66.0 kv.m ümumi sahədən ibarət 131 saylı evin 111 saylı mənzilin satış qiyməti 79200 (yetmiş doqquz min iki yüz) manat məbləğində müəyyən edilsin. Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 23 aprel 2018-ci ill tarixli kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul Cavabdeh tutularaq “X1” Məhdud Məsuliyətli Cəmiyyətinə ödənilsin. Hazırkı qətnamə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi ünvanında yerləşən 3 otaqlı, 66.0 kv.m ümumi sahədən ibarət 131 saylı evin 111 saylı mənzilinə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar