Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-80/2020 03.09.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 12000 manat manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh dayısı Sakit Muğbilov onlarla qonşudur. xx xxxxxxxx 2013-cü il tarixdə Xızı rayonu Tıxlı kəndində təsadüfi görüşlərin birində o, avtomobil almaq istədiyini cavabdehə bildirmiş, Rövşən də özündə olan avtomobili ona təklif etmişdir. Bundan sonra, xx xxxxxxxx 2013-cü il tarixdə bacısı oğlu Müzəffər Məmmədov və cavabdehin dayısı oğlu Kənan Muğbilovla birlikdə Müzəffərə məxsus “Mercedes Benz” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə gedib Yasamal rayonu Alatava küçəsində yerləşən kafelərin birində Rövşənlə görüşmüşlər. Rövşənlə söhbət zamanı ilkin ödəniş 2500 manat olmaqla, hər ay 250 manat ödəniş edəcəyi halda cəmi 12000 manat pul müqabilində özünə məxsus olan “Chevrolet Aveo” markalı, **-BV- *** dövlət qeydiyyat nişanlı avtomobili ona satacağı barədə razılığa gəlmişlər. Şifahi razılığa əsasən elə həmin gün, yəni xx xxxxxxxx 2013-cü il tarixdə o, Cavabdeh ilkin ödəniş olaraq 2500 manat pul ödəmiş və sonuncu da onunla birlikdə Bakı şəhəri 12 saylı notariat kontoruna gedərək avtomobili idarə etmək üçün 1 illik etibarnamə vermişdir. Həmin vaxt cavabdehlə aralarında olan razılığa əsasən pul tam ödənildikdən sonra Rövşən avtomobili onun adına keçirməli idi. Bundan sonra, əldə olunmuş razılığa əsasən 2013-cü ilin oktyabr, noyabr, dekabr aylarında hər ay 250 manat olmaqla, cəmi 750 manat pulu Bakı şəhərində təklikdə Rövşənin özünə vermiş, 2014-cü ilin yanvar ayında isə 250 manat pulu həyat yoldaşı X5 qonşuluqda yaşayan Sakitin evində, ailə üzvlərinin yanında Rövşənə vermişdir. 2014-cü ilin fevral ayında Rövşən Tıxlı kəndinə gəlmiş və onunla görüşüb 250 manat pul vermiş, 2014-cü ilin mart, aprel, may, iyun aylarında isə o, hər ay 250 manat olmaqla, cəmi 1000 manat pulu aparıb Bakı şəhərində müxtəlif yerlərdə təklikdə Rövşənə ödəmişdir. Həmçinin, xx xxxxx 2014-cü il tarixdə onun istəyi ilə Cavabdeh qardaşı X1 da avtomobili idarə etmək üçün 9 il 11 ay 19 gün müddətinə etibarnamə vermişdir. Bundan sonra, 2014-cü ilin iyul ayında Rövşən Tıxlı kəndinə gəlmiş, onunla görüşüb 250 manat pulu təklikdə ona vermişdir. Daha sonra, 2014-cü ilin sentyabr ayında Rövşən dayısı Sakitgilə zəng edib aylıq pulu istəmiş, o da, həyat yoldaşı Aidə vasitəsi ilə 250 manat pulu həmin vaxt Sakitin arvadı Xanımanaya verərək Rövşənə göndərmişdir. xx xxxxxxx 2014-cü il tarixdə isə qardaşı oğlu Ramizin yanında Sumqayıt şəhərində yerləşən “ASAN xidmət” mərkəzinin qarşısında Rövşənə 1000 manat məbləğində pul vermiş, sonuncu da həmin tarixdə 7 il 3 ay 27 gün müddətə avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir. xx xxxxxxx 2014-cü il tarixdə isə Rövşən zəng edərək yenə pul istəmiş, o da, 250 manat pulu cavabdehin dayısı oğlu Sənana verib Rövşənə göndərmişdir. Bundan sonra, 2014-cü ilin noyabr ayının əvvəlləri Bakı şəhərində təklikdə Rövşənə 250 manat pul vermiş, noyabr ayının sonları isə 500 manat pulu Xızı rayonu, Tıxlı kəndində Rövşənin dayısı və qonşusu olan Sakitin evində Rövşənə vermişdir. xx xxxxxx 2014-cü il tarixdə Rövşən zəng edib yenə pul istəmiş, o da, 250 manat pulu Sakitin oğlu Eminə vermişdir. Daha sonra, 2015-ci ilin yanvar ayında Bakı şəhərində Rövşənlə görüşüb 250 manat pulu təklikdə ona vermiş, fevral ayında isə Rövşənin istəyi ilə 250 manat pulu Abşeron rayonu, Xırdalan şəhərində Rövşənin atalığı Əli adlı şəxsə vermişdir. 2015-ci ilin mart ayında Rövşən zəng edib pulu istəmiş, həmin vaxt Sakitin oğlu Sənan onlara gəlmiş, o da, 250 manat pulu Rövşənə göndərmək üçün Sənana vermişdir. Bundan sonra, 2015-ci ilin aprel ayında Bakı şəhərində Rövşənlə görüşüb, 250 manat pulu təklikdə ona vermiş, xx xxx 2015-ci il tarixdə isə Rövşənlə Xızı rayon Tıxlı kəndində görüşüb, dayısı Sakitin evində ona 2000 manat pul vermişdir. 2015-ci ilin iyun ayında isə Rövşən yenə ona zəng edib pul istəmiş, həmçinin telefon danışığı zamanı atalığı Əlinin dayısı Sakitgildə olmasını və pulu onunla göndərməsini bildirmişdir. O da, Sakitin evində ailəsinin yanında 1000 manat pulu Rövşənin atalığı Əliyə vermişdir. 2015-ci ilin iyul ayında Rövşən yenə ona zəng edib son olaraq qalmış 250 manat pulu istəmiş və anasının Sakitgildə olduğunu bildirmişdir. O da, həyat yoldaşı Aidə Əliyeva ilə pulu göndərmiş və Aidə də həmin pulu Sakitgildə Rövşənin anasına vermişdir. Beləliklə o, avtomobilin dəyəri olan 12000 manat pulun hamısını Cavabdeh ödəmişdir. Avtomobili idarə etmək üçün ona verilmiş etibarnamənin xx xxxxxx 2022-ci il tarixə qədər vaxtı olduğu üçün o, avtomobili adına keçirməyə tələsməmişdir. Bundan bir müddət sonra, təxminən 2015-ci ilin oktyabr ayında Rövşən ona zəng edib özündə olan digər avtomobilin borcu olduğu üçün Bank tərəfindən müsadirə edildiyini bildirərək, taksi fəaliyyəti göstərib həm ailəsini dolandırmaq, həm də banka olan borcunu ödəməsi üçün ona satdığı avtomobili müvəqqəti olaraq qaytarmasını xahiş etmişdir. O da, cavabdehə etibar etdiyi üçün müvəqqəti istifadə üçün avtomobili Rövşənə vermişdir. Bundan təxminən 1 ay sonra, yəni 2015-ci ilin noyabr ayında avtomobilin Rövşən tərəfindən başqa bir şəxsə satmasını eşitmiş və tez cavabdehə zəng edib avtomobili geri istəmişdir. Əvvəlcə Rövşən avtomobilin təmirdə olduğunu demiş, lakin o, avtomobilin təmirdən özü çıxartmaq istədiyini bildirdikdə, Rövşən avtomobilin başqa bir şəxsə satdığını etiraf etmişdir. Səbəbini soruşduqda isə cavabdeh avtomobilin pulunu gec verdiyi üçün ona 1000 manat artıq pul ödəməli olduğunu bildirmişdir. Həmin vaxtdan indiyədək cavabdeh nə 12000 manat pulunu, nə də aldığı avtomobili ona qaytarmamışdır. Bu barədə Xızı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etsə də, müstəntiqin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, eləcə də şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, İddiaçı onun qonşusu, Cavabdeh isə onun bibisi oğludur. 2013-cü ilin sentyabr ayında İddiaçı Cavabdeh “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili 12000 manata kreditlə alması barədə məlumatı olmuş, lakin həmin avtomobili dəqiq hansı şərtlər daxilində almasını bilməmişdir. Belə ki, xx xxxxxxxx 2013-cü il tarixdə İxtiyarla birlikdə Xızı rayon Tıxlı kənd sakini Müzəffər Məmmədovun avtomobili ilə Bakı şəhərinə gedib kafedə Rövşənlə görüşmüşlər. Tərəflər öz aralarında bir müddət danışdıqdan sonra, birlikdə Bakı şəhəri 12 saylı notariat kontoruna gedərək Rövşən İxtiyara avtomobili idarə etmək üçün 1 illik etibarnamə vermişdir. Bundan sonra, Rövşən avtomobilin açarlarını İxtiyara vermiş və birlikdə Xızı rayon Tıxlı kəndinə qayıtmışlar. Həmin vaxt o, sadəcə yol yoldaşı kimi İxtiyarla bir yerdə Bakı şəhərinə getmişdir. Daha sonra, 2013-2015-ci illər ərzində İxtiyar 3 dəfə 250 manat olmaqla, cəmi 750 manat pulu onun vasitəsi ilə Rövşənə göndərmişdir. Təxminən 2015-ci ilin oktyabr-noyabr aylarında isə İxtiyarla olan söhbətlərindən Rövşənin gəlib həmin avtomobili aparmasını və başqa şəxsə satmasını eşitmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, İddiaçı onun qonşusu, Cavabdeh isə onun bibisi oğludur. 2013-cü ilin sentyabr ayında İddiaçı Cavabdeh “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili kreditlə alması barədə məlumatı olmuş, lakin həmin avtomobili dəqiq hansı şərtlər daxilində və neçəyə almasını bilməmişdir. Belə ki, 2013-cü ilin sentyabr ayında qardaşı Kənan İxtiyarla birlikdə Bakı şəhərinə gedib həmin avtomobili Rövşəndən alıb gətirmişlər. Bundan sonra, təxminən 2015-ci ilin yay aylarında 1 dəfə 250 manat pulu şəxsən İxtiyarın arvadı Aidədən alıb, Rövşənin atalığı Əliyə vermişdir. Daha sonra isə, təxminən 2015-ci ilin oktyabr-noyabr aylarında isə İxtiyarla olan söhbətlərində Rövşənin gəlib həmin avtomobili aparmasını və başqa şəxsə satmasını eşitmişdir. İş materiallarına əlavə edilmiş, ƏN-İİ seriyalı, 916213 saylı və ƏN-İİİ seriyalı, 260039 saylı etibarnamələrdən görünür ki, “Chevrolet Aveo” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh bu avtomobili xx xxxxxxxx 2013-cü il tarixdən xx xxxxxxxx 2014-cü il tarixədək və xx xxxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2022-ci il tarixədək idarə etmək üçün İddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş Xızı RPŞ-nin istintaq qrupunun müstəntiqinin xx xxxxxx 2016-cı il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərarından görünür ki, toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanılması rədd edilmiş və tərəflərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Həmçinin, həmin qərardan görünür ki, Cavabdeh Xızı RPŞ-də izahat verərkən İddiaçı “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 11000 manat pul almasını etiraf etmişdir. Belə ki, həmin istintaq araşdırması zamanı Cavabdeh izahatında göstərmişdir ki, xx xxxxxx 2013-cü il tarixdə Xızı rayonu, Tıxlı kəndində dayısı oğlu Kənanın toy axşamında söhbət zamanı özündə olan “Chevrolet Aveo” markalı avtomaşını “Chevrolet Servis”-ə 10000 manat verib, həmin yerdən kreditlə “Chevrolet Orlando” markalı avtomaşın almaq istədiyini bildirmişdir. Həmin vaxt İddiaçı ona avtomaşını “Chevrolet Servis”-ə 10000 manata verməkdənsə, ona 12000 manata verməsini təklif etmiş və 1 il müddətində həmin pulu ödəyəcəyini bildirmişdir. Bu şərtlər daxilində onlar şifahi olaraq “Chevrolet Aveo” markalı avtomaşının alqı-satqısına razılaşmışlar. xx xxxxxxxx 2013-cü il tarixdə İddiaçı bacısı oğlu Müzəffər və onun dayısı oğlu Kənanla birlikdə Bakı şəhərinə gəlib Yasamal rayonu, Alatava küçəsində yerləşən yol qırağı kafelərin birində görüşmüşlər. İxtiyar özü ilə gətirdiyi 1000 manat pulu ilkin ödəniş olaraq təklif etdikdə, o, sonuncu ilə razılaşmamış, həmin pulun az olduğunu və ilkin ödəniş edib özünə başqa avtomaşın ala bilməyəcəyini bildirmişdir. xx xxxxxxxx 2013-cü il tarixdə İddiaçı Tıxlı kənd sakini Ağa adlı şəxslə birlikdə onun yanına gəlib 1500 manat da pul gətirmiş, bir il ərzində pulun qalanını ödəyəcəyini bildirdikdən sonra avtomaşını ona satmağa razılaşmış və avtomaşını idarə edə bilməsi üçün İxtiyara etibarnamə vermişdir. Bundan sonra, onlar bir yerdə “Kia Servis”-ə getmişlər və ilkin ödənişi 4700 manat olmaqla 3 ilə 30000 ABŞ dolları məbləğində olan “Kia Carens” markalı avtomaşını seçmişlər. Həmin vaxt o, avtomaşının ödənişini verə bilməyəcəyini dedikdə, İddiaçı l il müddətində 12000 manatı ödəyəcəyinə onu əmin etmişdir. O da, bir il ərzində 12000 manat pulu ödəsə kreditin faizləri azalacağını bildirmişdir. Belə oldquda isə o, razılaşaraq həmin avtomaşını almışdır. Həmin vaxt İxtiyar ondan 2014-cü ilin mart ayına kimi iş az olduğu üçün hər ay 250 manat, sonra isə qalanını bir ilin tamamında ödəməsinə razılıq verməsini xahiş etmişdir. İddiaçı l il ərzində pulu ödəmədikdə ona sifariş göndərmiş, İxtiyar isə hər dəfə 250 manat pul göndərmişdir. 2015-ci ilin iyun ayında sonuncu dəfə İxtiyar ona 250 manat pul göndərmiş, nəticədə 11000 manat ödədikdən sonra pulun qalanını verməmişdir. Belə olduqda isə aldığı “Kia Carens” markalı avtomaşının kredit faizləri artmış, nəticədə o, kreditləri ödəyə bilmədikdə isə 2015-ci ilin sentyabr ayında “xxxxxxxxxxxxxxx” ASC avtomaşına həbs qoydurmuşdur. Ona görə də o, İddiaçı şərtləri pozub pulu vaxtında ödəmədiyinə görə özü aldığı avtomaşının da kreditlərini ödəyə bilmədiyini söyləmişdir. Nəticədə faizlər artmış və avtomaşın ona 45000 manata başa gəlmiş, bundan sonra da, avtomaşının onda qalması üçün 24000 manat da ödəməli olmuşdur. Evdə olan 10000 manatlıq qızılı 3000 manata satmış, İxtiyar isə danışıqlar zamanı ona kömək edəcəyini bildirmişdir. Bundan sonra, o, İddiaçı mesaj yazaraq avtomaşına DYP vasitəsi ilə həbs qoyduracağını bildirdikdə, İxtiyar da ona “həbs qoydurmaqla yaran sağalırsa elə” cavabını vermişdir. Daha sonra, o, Xızı rayonu, Giləzi qəsəbəsində İxtiyarla görüşüb onunla birlikdə Xızı rayonu, Tıxlı kəndinə gedərək İxtiyara idarə etmək üçün etibarnamə əsasında verdiyi avtomaşını alaraq Bakı şəhərinə qayıtmışdır. Avtomaşını müddətli, yaxud müvəqqəti deyil həmişəlik İxtiyardan almış və avtomaşında nasazlıqlar yarandığından avtomaşını gətirən kimi təmir edilməsi üçün servisə vermişdir. Bundan sonra, İxtiyar ona zəng edib 2500 manat əlavə pul gətirdiyini və avtomaşını yenidən almaq istədiyini söyləmiş, lakin sonuncu Bakı şəhərinə gəldikdə isə pul gətirmədiyini bildirmişdir. Həmin vaxt o, İxtiyara avtomaşının 470 manat təmir pulunu da ödədikdən sonra ona dəymiş ziyanı hesablamaq, daha sonra pulu gecikdirməsini və həmin müddətdə dolların da məzənnəsinin manata nisbətən bahalaşmasını da nəzərə alaraq, ona dəymiş ziyanın yarısını ödədikdən sonra avtomaşını ona verməyə hazır olduğunu bildirmişdir. Lakin, İxtiyar onunla razılaşmamış, o da, şərtləri pozduğuna və pulu tam ödəmədiyinə görə avtomaşını İxtiyardan geri almış və sonradan həmin avtomobili üçüncü bir şəxsə satmışdır. İşdə olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx xxxxxxxx 2013-cü il tarixdə Cavabdeh “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında faktiki olaraq, pulunu hissə-hissə ödəmək şərti ilə almış və iddiaçı müxtəlif vaxtlarda avtomobilə görə cavabdehə ümumilikdə 11000 manat pul ödəmişdir. Lakin, yaranmış anlaşılmazlıq səbəbindən tərəflər arasında narazılıq yaranmışdır. Belə olan təqdirdə, iddiaçı cavabdehə ödədiyi pulun sonuncudan geri qaytarılmasını tələb etsə də, cavabdeh bundan yayınmışdır. Cavabdehin həmin məbləği qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və sonuncunun tələb etmə hüququ yaranmışdır. Bununla belə, cavabdeh avtomaşına görə iddiaçıdan 11000 manat məbləğində pul aldığını Xızı RPŞ-də yazdığı izahatı ilə etiraf etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh ona iddia tələbində qeyd etdiyi kimi 12000 manat deyil, ümumilikdə 11000 manat borclu olmasını sübut edə bilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin faktiki hallarından, o cümlədən məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər sübutlardan göründüyü kimi, Cavabdeh İddiaçı “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 11000 manat məbləğində pul almış, sonradan həmin avtomobili iddiaçıdan alaraq üçüncü bir şəxsə satmış, nəticədə, cavabdeh nə satdığı avtomobili, nə də aldığı pulu iddiaçıya geri qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, Cavabdeh “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili geri aldıqdan sonra, İddiaçı 11000 manat məbləğində pulu qaytarmadığından, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bununla da, İddiaçı Cavabdeh qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 11000 (on bir min) manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin qalıq məbləğə aid hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmadığından əsassız hesab edilməli və təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 11000 (on bir min) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(068)-80/2020
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-80/2020
03.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver