Məhkəmə qərarları › İş №2(068)-88/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-88/2022

01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-88/2022 01.06.2022 XIZI RAYON MƏHKƏMƏSİ X4 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı Əliyeva (Nəzarəliyeva) Kəmalə Yasin qızının iştirakı ilə, İddiaçı Əliyeva (Nəzarəliyeva) Kəmalə Yasin qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əliyeva (Nəzarəliyeva) Kəmalə Yasin qızı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2396/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin artırılaraq, birgə nikahlarından doğulmuş 24 sentyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatana qədər hər ay 50 manat maddi yardımın və mediasiyaya müraciət edilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 17 fevral 2019-cu il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından 24 sentyabr 2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. Qax Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tаrixli, 2(024)-456/2020 saylı qətnaməsi ilə tərəflər arasında 17 fevral 2019-cu il tarixdə Qax rayon Qeydiyyat şöbəsində bağlanmış 16 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 24.09.2019-cu ildə doğulmuş X1 anasının himayəsində olmasının müəyyən edilməsi, cavabdehdən 24.09.2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 100 (bir yüz) manat və Əsma Nəzarəliyeva üç yaşına çatanadək hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2396/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə Qax Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tаrixli, 2(024)-456/2020 saylı qətnaməsi alimentə aid hissədə dəyişdirilmiş, cavabdehdən 24.09.2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat məbləğində aliment alınaraq iddiaçıya verilməsi və qətnamə alimentə aid qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda cavabdeh tərəfindən ödənilən həmin aliment övladının saxlanılmasına çəkilən xərcləri ödəmir. İddiaçı işsiz qadındır, əlavə gəlir yeri yoxdur. Uşağın maddi təlabatını qarşılaya bilmir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, övladı xəstə olduğu üçün müalicəyə ehtiyacı vardır. İddiaçının isə buna maddi imkanı çatmır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, ancaq məhkəmə hazırlıq iclasında ərizə verərək, iddia tələbi ilə razı olmadığını, heç yerdə işləmədiyindən maddi vəziyyətinin çətin olmasını və onun iştirakı olmadan işə baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1995-ci ildə anadan olmuş, hazırda Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1992-ci ildə anadan olmuş, hazırda Qax rayonu, Turaclı kəndində qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 24 sentyabr 2019-cu ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə Nəzarİddiaçıdır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2396/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Qax Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tаrixli, 2(024)-456/2020 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında 17 fevral 2019-cu il tarixdə Qax rayon Qeydiyyat şöbəsində bağlanmış 16 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 24.09.2019-cu ildə doğulmuş X1 iddiaçının himayəsində olmasının müəyyən edilməsi, cavabdehdən 24.09.2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 100 (bir yüz) manat və Əsma Nəzarəliyeva üç yaşına çatanadək hər ay 30 (otuz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməsi, alimentin tutulmasının 28.09.2020-ci il tarixdə hesablanması və qətnamənin alimentə dair hissədə dərhal icra olunması qət edilmişdir. Həmçinin, həmin qətnaməyə əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qax Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tаrixli, 2(024)- 456/2020 saylı qətnaməsi alimentə aid hissədə dəyişdirilmiş, cavabdehdən 24.09.2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması və maddi cəhətdən təmin edilməsi üçün hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat məbləğində aliment alınaraq iddiaçıya verilməsi və qətnamənin alimentə aid qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdən görünür ki, iddiaçı alimentin miqdarının artırılması tələbi üçün 50 manat medasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmçinin, həmin qərara əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2396/2020 saylı, 10 dekabr 2020ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən olunmasını məqsədə uyğun hesab edir. Ailə Məcəlləsində həmçinin göstərilmişdir ki, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər (84.1.). Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad (84.2.2.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfdən aliment tələb edə bilər. Belə olan halda digər tərəfin zəruri vəsaitə malik olamsını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı cavabdehdən uşaq 3 yaşına çatana qədər hər ay 50 manat maddi yardımın tutularaq ona ödənilməsini xahiş etsə də, cavabdehin bununla bağlı zəruri vəsaitə malik olduğunu sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin, iddiaçı mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilikdə mediasiya xərci məhkəmə xərcləri sırasına adi edilməmişdir. Bu səbəbdən iddia mediasiya xərcinin cavabdehdən tutulması hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 24 sentyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2396/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçı Əliyeva (Nəzarəliyeva) Kəmalə Yasin qızının xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar