Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-99/2021 01.07.2021 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ramiz oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “xxxx” MMC-nin xeyrinə 21 may 2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********33907 olan LG X 240 markalı telefon və X2 üçün 1467 manat əsas, 444 manat cərimə, 27 may 2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********37857 olan LG Q 6 markalı telefon üçün 395 manat əsas, 110 manat cərimə və 16 iyul 2018-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı paltaryuyan və HB markalı kompyuter üçün 2470 manat əsas, 724 manat cərimə olmaqla, ümumilikdə 5610 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 may 2018-ci il tarixli, 27 may 2018-ci il tarixli və 16 iyul 2018-ci il tarixli müqavilələrə və ödəniş cədvəllərinə əsasən, cavabdeh ümumi qiyməti 2290 manat dəyərində İMEİ kodu **********33907 olan LG X 240 markalı telefon və X2, ümumi qiyməti 651 manat dəyərində İMEİ kodu **********37857 olan LG Q 6 markalı telefon, ümumi qiyməti 2718 manat dəyərində Samsung markalı paltaryuyan və HB markalı kompyuter almışdır. Lakin, cavabdeh bu müqavilələrin şərtlərini pozaraq, əsas borcundan cəmi 1327 manat ödəniş etmiş, qalan 4332 manat əsas borcu isə ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bu müqavilələrə əlavə olunmuş ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, "xxxx" MMC-yə olan borcunu ödəməmişdir. Nəticədə, cavabdehin “xxxx” MMC-yə alqı-satqı müqavilələri üzrə 4332 manat əsas, 1278 manat cərimə olmaqla, cəmi 5610 manat məbləğində borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 21 may 2018-ci il tarixli, k00149120 nömrəli müqavilədən və əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 2290 manat olan İMEİ kodu **********33907 olan LG X 240 markalı telefonu və X2ni 18 ay müddətinə, ayda 114 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 27 may 2018-ci il tarixli, k00155661 nömrəli müqavilədən və əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 651 manat olan İMEİ kodu **********37857 olan LG Q 6 markalı telefonu 12 ay müddətinə, ayda 41 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 16 iyul 2018-ci il tarixli, k00216209 nömrəli müqavilədən və əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 2718 manat olan Samsung markalı paltaryuyanı və HB markalı kompyuteri 18 ay müddətinə, ayda 151 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. İşdə olan "xxxx" MMC tərəfindən 25 mart 2021-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 21 may 2018-ci il tarixli, 27 may 2018-ci il tarixli və 16 iyul 2018-ci il tarixli müqavilələrə əsasən "xxxx" MMC-yə 4332 manat əsas, 1278 manat cərimə olmaqla, cəmi 5610 manat məbləğində borcu yaranmışdır. İşdə olan bildirişdən görünür ki, yaranmış borcla əlaqədar iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 26 mart 2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-ci maddəsinə sasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin Məcəllənin 443-cü maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh yazılı formada bağlanmış alqı-satqı müqavilələrinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşdə olan 21 may 2018-ci il tarixli, 27 may 2018-ci il tarixli və 16 iyul 2018-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əlavə ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 may 2018-ci il tarixli, 27 may 2018-ci il tarixli və 16 iyul 2018-ci il tarixli müqavilələrə və əlavə ödəniş cədvəllərinə əsasən, cavabdeh ümumi qiyməti 2290 manat dəyərində İMEİ kodu **********33907 olan LG X 240 markalı telefon və X2, ümumi qiyməti 651 manat dəyərində İMEİ kodu **********37857 olan LG Q 6 markalı telefon, ümumi qiyməti 2718 manat dəyərində Samsung markalı paltaryuyan və HB markalı kompyuter almışdır. Hazırda iddiaçı "xxxx" MMC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh bu müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 4332 manat əsas, 1278 manat cərimə olmaqla, cəmi 5610 manat məbləğində pul, eləcə də ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 4332 manat əsas, 1278 manat cərimə olmaqla, cəmi 5610 (beş min altı yüz on) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(068)-99/2021
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-99/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver