Məhkəmə qərarları › İş №2(069)-106/2023

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-106/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-106/2023 04.07.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı QSC məhkəmədə iddia qaldıraraq, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021A********** saylı və xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 2.189,90 manat əsas, 43,34 manat faiz və 1.425,68 manat məbləğində cərimə borcunun, 3.738,14 manat əsas, 74,19 manat faiz və 2.437,20 manat məbləğində cərimə borcunun və ödənilmiş 119,09 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833 % olmaqla, 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2.189,90 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 2.189,90 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, o, kredit və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 855 gün üçün hesablanmış faiz borcu 43,34 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 855 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1.425,68 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən, kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833 % olmaqla, 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.886,64 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 148,50 manat ödəniş etmiş və onun iddiaçıya 3.738,14 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, o, kredit və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023cü il tarixə 822 gün üçün hesablanmış faiz borcu 74,19 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 822 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2.437,70 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən, kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqavilələri üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən, bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən, yuxarıda göstərilən kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqavilələri üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Ona görə də, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021A********** saylı və xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 2.189,90 manat əsas, 43,34 manat faiz və 1.425,68 manat məbləğində cərimə borcunun, 3.738,14 manat əsas, 74,19 manat faiz və 2.437,20 manat məbləğində cərimə borcunun və ödənilmiş 119,09 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nicat Ələkbərov 03 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair 2(069)-106/2023 saylı mülki iş üzrə 04 iyul 2023-cü il tarixə, saat 11:00-a təyin olunmuş məhkəmə iclası ilə bağlı iddia tələblərini müdafiə edir və məhkəmə iclasının onların iştirakları olmadan baxılaraq iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı məhkəmədə iddia qaldırılması üçün 119,49 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh1 021A********** saylı, xx.xx.2019cu il tarixli kredit razılaşması üzrə 3.738,14 manat əsas, 74,19 manat faiz və 2.437,70 manat məbləğində cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh1 021A********** saylı, xx.xx.2019cu il tarixli kredit razılaşması üzrə 2.189,90 manat əsas, 43,34 manat faiz və 1.425,68 manat məbləğində cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2019-ci il tarixli, 021A********** sayl kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 60 (altmış) ay müddətinə, illik 1 % olmaqla, 3.886,64 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 021G**********03 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 021G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 021G**********04 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 021G**********02 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit köçürməsindən görünür ki, Cavabdeh1 hesabına 3.886,64 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 021A********** saylı maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 60 ay müddətinə ilk 12 ay hər ay 3,99 manat ödəniş etməklə, qalan aylar hər ay 83 manat olmaqla İddiaçı QSC-yə ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2019-ci il tarixli, 021A********** sayl kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 60 (altmış) ay müddətinə, illik 1 % olmaqla, 2.189,90 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 021G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 021G**********04 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 021G**********03 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 021G**********02 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit köçürməsindən görünür ki, Cavabdeh1 hesabına 2.189,90 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 021A********** saylı maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 60 ay müddətinə ilk 12 ay hər ay 2,25 manat ödəniş etməklə, qalan aylar hər ay 47 manat olmaqla İddiaçı QSC-yə ödəniş etməlidir. İş materiallarında olan Xocavənd RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quliyev X2 rayonunun, Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan1 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 11/162, mənzil 3-də qeydiyyatdadır. İş materiallarında olan Ağdam RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Ağdam rayonunun, Gülablı kəndində qeydiyyatdadır. İş materiallarında olan Ağdam RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 Ağdam rayonunun, Gülablı kəndində qeydiyyatdadır. İş materiallarında olan ASAN 4 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 Ağdam şəhəri, Əzizbəyov küçəsi döngə 6, ev 1-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, AccessBank» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021A********** saylı və xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqavilələri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə müvafiq olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edilən hüquq normalarını nəzərdən keçirib hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 öz riskləri ilə kredit və zaminlik müqavilələri bağladıqlarından həmin müqavilələr üzrə yaranmış öhdəliklərə görə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, İddiaçı QSC-nin cavabdehlərdən tələb etdiyi 1.425,68 manat və 2.437,70 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesablandığından həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 2.189,90 manat əsas, 43,34 manat faiz, 220 manat cərimə borcu, 3.738,14 manat əsas, 74,19 manat faiz, 380 manat cərimə borcu və ödənilmiş 119,09 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. AccessBank» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021A********** saylı və xx.xx.2019-cu il tarixli 021A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 2.189,90 manat əsas, 43,34 manat faiz, 220 manat cərimə borcu, 3.738,14 manat əsas, 74,19 manat faiz, 380 manat cərimə borcu və ödənilmiş 119,09manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar