Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-11/2025 08.01.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 9.163 (doqquz min bir yüz altımış üç) manat və ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xayiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xocavənd rayon sakini Cavabdeh Beyləqan şəhər sakini kimi tanımış və onun Beyləqan şəhəri, S.Qazıyeva küçəsində ət dükanı vardır. Özü xırda buynuzlu heyvan saxlayıb satmaqla məşğuldur. Cavabdeh bir neçə dəfə ondan xırda buynuzlu heyvan almış və həmin vaxtdan da onunla münasibəti yaranmışdır. Müəyyən müddətdir ki, Elmir ondan aldığı heyvanların pulunun bir hissəsini ödəmiş, qalan hissəsini isə sonradan yavaş-yavaş ödəməyə başlamışdır. Elmir bir neçə dəfə aldığı heyvanlara görə pulu ödəyə bilmədiyini, nisyə verdiyi ətin pulunu yığa bilmədiyini və işin yaxşı irəliləmədiyini bildirmişdir. Həmçinin maddi vəziyyətinin yaxşı olmadığını bildirərək, avqust ayında yenidən ondan xırda buynuzlu heyvan alaraq pulu ödəyəcəyini və tezliklə bütün borcunu ödəyəcəyini bildirmişdir. Eyni zamanda Elmir öz xətti ilə qəbz yazaraq borcunun olmasını etiraf etmiş və həmin pulları hissə-hissə qaytaracağına söz vermişdir. Cavabdeh borcu ümumilikdə 9.163 manat olmuşdur. Lakin müəyyən müddət keçsə də, o verdiyi sözünə əməl etməmiş və borcunu verməkdən yayınmışdır. Bununla bağlı Beyləqan Rayon Polis Şöbəsinə müraciət edərək, Elmirin onu aldatdığını və aldığı heyvanların pulunu vermək istəmədiyini bildirərək onun barəsində tədbir görülməsini xahiş etmişdir. Beyləqan Rayon Polis X1 aparılan araşdırmalar zamanı 26 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, ona iş mülki xarakterli olduğuna görə mənkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Belə olan halda o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, Cavabdeh 9.163 manat və ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, məhkəmənin icratında olan mülki işlə əlaqədar olaraq Cavabdeh qarşı pul tələbinə dair iddiasının həcmini azaldaraq 8.800 (səkkiz min səkkiz yüz) manat və ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, İddiaçı ona qarşı pul tələbinə dair iddiasını qəbul edir. Ona görə də, ondan 8.800 (səkkiz min səkkiz yüz) manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Beyləqan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Kənan Məmmədzadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 avqust 2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı Beyləqan Rayon Polis Şöbəsinə daxil olmuş müraciəti əsasında toplanmış araşdırma materialı üzrə qeyd olunan faktı törətmiş Cavabdeh əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan qəbizdən görünür ki, Cavabdeh 5.020 manat pulu xx.xx.2024-cü il tarixdə İddiaçı qaytaracağı barədə qəbz yazaraq imzalamışdır. İş materiallarında olan qəbizdən görünür ki, Cavabdeh 3.800 manat pulu 4 aya xx.xx.2024-cü il tarixədək ayda 1.000 manat İddiaçı qaytaracağı barədə qəbz yazaraq imzalamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin xx.xx.2024-cu il tarixli, 2711 saylı arayışdan görünür ki, Səfərli X2 şəhəri, Təbriz küçəsi ev 35-də qeydiyyatdadır. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1986-cı ildə doğulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 112 manat məbəlğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, İddiaçı ona qarşı pul tələbinə dair iddiasını qəbul edir. Ona görə də, ondan 8.800 (səkkiz min səkkiz yüz) manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə uyğun olaraq, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh müxtəlif vaxtlarda İddiaçı 9.163 manat dəyərində xırda buynuzlu heyvanlar alması, aldığı xırda buynuzlu heyvanların dəyərinin bir hissəsini qaytarması, hazırda İddiaçı 8.800 manat məbləğində borclu qalması tərəflərin izahatları, işin digər halları ilə sübuta yetirildiyindən, həmçinin Cavabdeh tərəfindən iddia etiraf edildiyindən iddia əsaslıdır təmin edilməli, Cavabdeh 8.800 manat və ödənilmiş 112 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 8.800 (səkkiz min səkiz yüz) manat və ödənilmiş 112 (bir yüz on iki) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-11/2025
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-11/2025
08.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver