Məhkəmə qərarları › İş №2(069)-111/2023

Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №2(069)-111/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № 2(069)-111/2023 05.07.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 629,90 manat əsas, 94,40 manat cərimə borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(069)-111/2023 saylı qərardadı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Xocavənd Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlamış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-stqı müqaviləsinə əsasən, cavabdeh əldə etdiyi Honor markalı mobil telefon və smart saat üçün 629,90 manat məbləğində vəsaiti 15 ay müddətinə, hər ay 42,00 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müddətli (nisyə) alqı-satqı müqavləsinin şərtlərini pozumuş və "xxxx" MMC-yə olan 629,90 manat olan borcunu ödəməmişdir. Nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə 90 % güzəşt tətbiq edilmiş, cavabdeh tərəfindən ödənilməli cərimə məbləği 94,40 manat təşkil edir. Ona görə də, Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 629,90 manat əsas, 94,40 manat cərimə borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla nəzərdə tutulmuş qaydada məlumat göndərilmişdir. Lakin elektron sorğu sistemindən əldə edilmiş xx.xx.2023-cü il tarixli şəxsi məlumatdan görünür ki, Cavabdeh 10 may 2023-cü il tarixdə ölmüşdür. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan elektron sorğu sistemindən əldə edilmiş xx.xx.2023-cü il tarixli şəxsi məlumatdan görünür ki, Cavabdeh 10 may 2023-cü il tarixdə ölmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC hazırki tələblə məhkəməyə 18 may 2023-cü il tarixdə müraciət etmişdir. Lakin iş materiallarından göründüyü kimi Cavabdeh 10 may 2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə belə qənaətə gəlir ki, iş üzrə Cavabdeh 10 may 2023-cü il tarixdə öldüyündən Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə Cavabdeh öldüyündən mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Xocavənd Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar