Məhkəmə qərarları › İş №2(069)-116/2023

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-116/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-116/2023 14.07.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqarYadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilyə əsasən, İmei kodu **********72177 olan SAMSUNG GALAXY A22 markalı telefon üçün 882 manat ödənilməmiş hissə, 88 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********46366 olan SAMSUNG GALAXY A22 markalı telefon üçün 552,06 manat ödənilməmiş hissə, 955,94 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********19762 və İmei kodu **********95223 olan 2 ədəd SAMSUNG GALAXY A12 markalı telefon üçün 519,48 manat ödənilməmiş hissə, 51,52 manat cərimə borcunun və ödənilmiş 41,49 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(069)-116/2023 saylı qərardadı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Xocavənd Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********72177 olan SAMSUNG GALAXY A22 markalı telefon, İmei kodu **********46366 olan SAMSUNG GALAXY A22 markalı telefon, İmei kodu **********19762 və İmei kodu **********95223 olan 2 ədəd SAMSUNG GALAXY A12 markalı telefon almış və nəticədə 2.149 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 882 manat (18 ay x 49 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********72177 olan SAMSUNG GALAXY A22 markalı telefon üçün ümumilikdə 970 manat olmaqla, ondan 882 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 88 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 624,06 manat (18 ay x 30,67 manat + 72 manat ilkin ödəniş) İmei kodu **********46366 olan SAMSUNG GALAXY A22 markalı telefon üçün ümumilikdə 608 manat olmaqla, ondan 552,06 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 955,94 manat cərimə borcu və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 519,48 manat (18 ay x 28,86 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********19762 və İmei kodu **********95223 olan 2 ədəd SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə, 571 manat olmaqla, ondan 519,48 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 51,52 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 72 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021 -ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığı və əmlakın dəyərini sübut edən sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilyə əsasən, İmei kodu **********72177 olan SAMSUNG GALAXY A22 markalı telefon üçün 882 manat ödənilməmiş hissə, 88 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********46366 olan SAMSUNG GALAXY A22 markalı telefon üçün 552,06 manat ödənilməmiş hissə, 955,94 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********19762 və İmei kodu **********95223 olan 2 ədəd SAMSUNG GALAXY A12 markalı telefon üçün 519,48 manat ödənilməmiş hissə, 51,52 manat cərimə borcunun və ödənilmiş 41,49 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 may 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2.149 manat "xxxx" MMC-yə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 41,89 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 026783 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********19762 və İmei kodu **********95223 olan 2 ədəd SAMSUNG GALAXY A12 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 026852 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********46366 olan SAMSUNG GALAXY A22 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 24055545 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********72177 olan SAMSUNG GALAXY A22 markalı telefon almışdır. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1982-cı ildə doğulmuşdur. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1982-cı ildə Xocavənd rayonunda doğulmuş, Xocavənd rayonu, Tuğ Ərazi Dairəsi, Tuğ kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də, tələb olunan məbləğ üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdehdən tələb etdiyi 955,94 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesablandığından həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında qiymət verib hesab edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilyə əsasən, İmei kodu **********72177 olan SAMSUNG GALAXY A22 markalı telefon üçün 882 manat ödənilməmiş hissə, 88 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********46366 olan SAMSUNG GALAXY A22 markalı telefon üçün 552,06 manat ödənilməmiş hissə, 55 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********19762 və İmei kodu **********95223 olan 2 ədəd SAMSUNG GALAXY A12 markalı telefon üçün 519,48 manat ödənilməmiş hissə, 51,52 manat cərimə borcu və ödənilmiş 41,49 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilyə əsasən, İmei kodu **********72177 olan SAMSUNG GALAXY A22 markalı telefon üçün 882 manat ödənilməmiş hissə, 88 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********46366 olan SAMSUNG GALAXY A22 markalı telefon üçün 552,06 manat ödənilməmiş hissə, 55 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********19762 və İmei kodu **********95223 olan 2 ədəd SAMSUNG GALAXY A12 markalı telefon üçün 519,48 manat ödənilməmiş hissə, 51,52 manat cərimə borcu və ödənilmiş 41,49 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar