Məhkəmə qərarları › İş №2(069)-119/2025

Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №2(069)-119/2025

07.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № 2(069)-119/2025 07.05.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1987-ci ildə Salyan rayonunda doğulmuş, Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 6, mənzil 38-də qeydiyyatda olmaqla, Xocavənd rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edən və yaşayan Cavabdeh 3.000 (üç min) manat və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi baradə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(069)-252/2022 saylı məhkəmə əmri ilə xx xxxxxx 1987-ci ildə Salyan rayonunda doğulmuş, Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 6, mənzil 38-də qeydiyyatda olmaqla, Xocavənd rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edən və yaşayan Cavabdeh 3.000 (üç min) manat və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu xx xxxxxxx 1994-cü ildə Beyləqan rayonu, Milabad qəsəbəsində doğulmuş, həmin ünvanda qeydiyyatda olan və yaşayan İddiaçı xeyrinə tutulmuşdur. Borclu Cavabdeh Xocavənd Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(069)-252/2022 saylı məhkəmə əmrindən etirazla məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(069)-252/2022 saylı məhkəmə əmrinin ləğv edilməsi və mülki işi iddia icraatına keçirilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli, 2(069)-119/2025 saylı qərardadı ilə Xocavənd Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(069)-252/2022 saylı məhkəmə əmri ləğv edilmiş, mülki işə 2(069)-119/2025 saylı nömrə verilmiş, material iddia icraatına keçirilmiş və məhkəmə hazırlıq iclası 07 may 2025-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı haqqında tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Cavabdeh Sumqayıt şəhərində qeydiyyatda olduğundan, mülki iş baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının MPM-nin 36.5-ci maddəsinə əsasən, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Azərbaycan Respublikasının MPM-nin 44.2.2-ci maddəsində qeyd edildiyi kimi, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, iş başqa məhkəməyə baxılmağa verilir. İş materiallarında olan elektron sorğu sistemindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə Salyan şəhərində doğulmuş, Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 12/19, mənzil 53-də qeydiyyatdadır. Azərbaycan Respublikasının MPM-nin 45.1-ci maddəsində qeyd olunduğu kimi, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikasının MPM-nin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Azərbaycan Respublikasının MPM-nin 167.2-ci maddəsinə əsasən, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Məhkəmə hesab edir ki, ərizəyə əmr icraatı qaydasında baxılarkən borclu Cavabdeh Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 6, mənzil 38-də qeydiyyatda olmaqla, Xocavənd rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə xidmət etmiş, hazırda qeydiyyat ünvanını dəyişərək ünvan 2 ünvanda qeydiyyatda olduğundan, hazırki mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xocavənd Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar