Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-124/2023 10.08.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı «kredit resturukturizasiya müqaviləsi üzrə borcun geri qaytarılması və çəkilmiş xərclərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh 29 iyul 2019-cu il tarixli, 092-APB saylı kredit müqaviləsi üzrə 2.861,50 manat əsas, 311,95 manat faiz, 5.602,82 manat dəbbə pulu, 29 iyul 2019-cu il tarixli, 093-APB saylı kredit müqaviləsi üzrə 2.091,61 manat əsas, 256,98 manat faiz, 4.095,37 manat dəbbə pulunun və ödənilmiş 135,70 manat məbləğində dövlət rüsumunun İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə 29 iyul 2019-cu il tarixli, 093-APB №-li kredit resturukturizasiya və 29 iyul 2019-cü il tarixli, 092-APB №-li kredit resturukturizasiya müqavilələri bağlanılmış, 093-APB müqaviləyə əsasən, illik 1 faizlə 60 ay müddətinə (1-ci ili güzəşt müddəti müəyyən edilməklə) 2.096,04 manat və 092-APB müqaviləyə əsasən, illik 1 faizlə 60 ay müddətinə (1-ci ili güzəşt müddəti müəyyən edilməklə) 2.864,53 manat, cəmi 4.960,57 manat kredit ayrılmışdır. Kredit müqaviləsinin 5.2-ci bəndinə görə, müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilməməsi, lazımınca icra edilməməsi hallarda bu müqavilə üzrə resturukturizasiya edilən kredit borcunu geçikdirilmiş əsas məbləği üzrə 5 il müddətinə 0,1 faizindən çox olmamaqla, dəbbə pulu təqvim üzrə hər yubanma günü üçün ödəməyi öhdəsinə götürmüşdür. 05 may 2023-cü ilədək Cavabdeh 29 iyul 2019-cu il tarixli, 092-APB №-li kredit müqaviləsi üzrə 2.861,50 manat əsas, 311,95 manat hesablanmış faiz, 5.602,82 manat dəbbə pulu, cəmi 8.776,27 manat borcu qalmışdır. 05 may 2023-cü ilədək Cavabdeh 29 iyul 2019-cu il tarixli, 093- APB №-li kredt müqaviləsi üzrə 2.091,61 manat əsas, 256,98 manat hesablanmış faiz, 4.095,37 manat dəbbə pulu, cəmi 6.443,96 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də, Cavabdeh 29 iyul 2019-cu il tarixli, 092-APB saylı kredit müqaviləsi üzrə 2.861,50 manat əsas, 311,95 manat faiz, 5.602,82 manat dəbbə pulu, 29 iyul 2019-cu il tarixli, 093-APB saylı kredit müqaviləsi üzrə 2.091,61 manat əsas, 256,98 manat faiz, 4.095,37 manat dəbbə pulunun və ödənilmiş 135,70 manat məbləğində dövlət rüsumunun İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı «kredit resturukturizasiya müqaviləsi üzrə borcun geri qaytarılması və çəkilmiş xərclərin ödənilməsi» tələbinə dair iddiasını qismən qəbul edir. Ona görə də, mülki işə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxıb, iddia üzrə hesablanmış dəbbə pulunu silinərək, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2019-cu il tarixli, 93-APB saylı kredit müqaviləsi üzrə Cavabdeh 2.091,61 manat əsas, 256,98 manat faiz, 4.095,37 manat dəbbə borcu vardır. İş materiallarında olan 20 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2019-cu il tarixli, 92-APB saylı kredit müqaviləsi üzrə Cavabdeh 2.861,50 manat əsas, 311,95 manat faiz, 5.602,82 manat dəbbə borcu vardır. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1970-ci ildə Xocavənd şəhərində doğulmuş və Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatdadır. İş materiallarında olan 29 iyul 2019-cu il tarixli, 092-APB №-li kredit (resturukturizasiya) müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh illik 1 faizlə, 5 il müddətinə (1-ci ili güzəşt müddəti müəyyən edilməklə) 2864,53 manat kredit verilmişdir. İş materiallarında olan 29 iyul 2019-cu il tarixli, 92-APB saylı ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 60 ay myddətinə, ilk 12 ay 1,75 manat olmaqla, qalan aylar 44,56 manat ödəniş etməlidir. İş materiallarında olan 29 iyul 2019-cu il tarixli 093-APB №-li kredit (resturukturizasiya) müqaviləsindən müəyyən edilir ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh illik 1 faizlə, 5 il müddətinə (1-ci ili güzəşt müddəti müəyyən edilməklə) 2.096,04 manat kredit verilmişdir. İş materiallarında olan 29 iyul 2019-cu il tarixli 93-APB saylı ödəniş cədvəlinin surətindən ki, Cavabdeh 60 ay müddətinə, ilk 12 ay 2,39 manat olmaqla, qalan aylar 60,90 manat ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 135,70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə müvafiq olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə müvafiq olaraq, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 29 iyul 2019-cu il tarixli, 092-APB saylı kredit müqaviləsi üzrə hesablanmış 5.602,82 manat məbləğində dəbbə pulu və 29 iyul 2019-cu il tarixli, 093-APB saylı kredit müqaviləsi üzrə hesablanmış 4.095,37 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun, 29 iyul 2019-cu il tarixli, 092-APB saylı kredit müqaviləsi üzrə 560 manat və 29 iyul 2019-cu il tarixli, 093-APB saylı kredit müqaviləsi üzrə 410 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh hər iki müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 29 iyul 2019-cu il tarixli, 092-APB saylı kredit müqaviləsi üzrə 2.861,50 manat əsas, 311,95 manat faiz, 560 manat dəbbə pulu, 29 iyul 2019-cu il tarixli, 093-APB saylı kredit müqaviləsi üzrə 2.091,61 manat əsas, 256,98 manat faiz, 410 manat dəbbə pulu və ödənilmiş 135,70 manat məbləğində dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 iyul 2019-cu il tarixli, 092-APB saylı kredit müqaviləsi üzrə 2.861,50 manat əsas, 311,95 manat faiz, 560 manat dəbbə pulu, 29 iyul 2019-cu il tarixli, 093-APB saylı kredit müqaviləsi üzrə 2.091,61 manat əsas, 256,98 manat faiz, 410 manat dəbbə pulu və ödənilmiş 135,70 manat məbləğində dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-124/2023
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-124/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver