Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-143/2024 16.10.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi İbrahimli Fəhmin Bəhruz oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2.000 manat və ödənilmiş 41 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh Beyləqan rayonundan tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh 2021-ci ilin avqust ayında yanına gələrək, ona 2.000 (iki min) manat pul lazım olduğunu bildirmişdir. O, hazırda 1.000 manat borc pul vermək imkanı olduğunu və növbəti ay üçün isə imkanı olsa 1.000 manat pul verə biləcəyini bildirmişdir. 2021-ci ilin avqust ayında Cavabdeh 1.000 manat və növbəti ayda isə, yəni xx.xx.2021-ci il tarixdə əlavə 1.000 manat borc pul vermişdir. Cavabdeh qısa zamanda borcu qaytaracağını bildirsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək, ondan aldığı 2.000 manat pulu yaxın vaxtlarda qaytaracağını bildirərək onu aldatmışdır. Borclu Cavabdeh hərbiçi işləyir, yüksək əmək haqqı alır və borca götürduyü 2.000 manat pulu qaytarmağa maddi imkanı vardır. Ona görə də, Cavabdeh 2.000 manat və ödənilmiş 41 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, Cavabdeh qarşı 2.000 manat pul tələbinə dair iddia həcmini azaldaraq, cavabdehdən 500 (beş yüz) manat borcun və ödənilmiş 41 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, İddiaçı ona qarşı 500 (beş yüz) manat pul tələbinə dair iddiasını qəbul edir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarıını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh borca götürdüyü 1.000 manat pulu hər ay 150 manatdan İddiaçı qaytarmağına söz vermişdir. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh borca götürdüyü 1.000 manat pulu hissə-hissə İddiaçı qaytarmağına söz vermişdir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulmuş və Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 41,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon İcra Başcısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 1378 saylı arayışından görünür ki, Əzizov X2 rayonu, Sarvanlar kəndində qeydiyyatda olmaqla, hal-hazırda Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 176 yaşayır. İş materiallarında olan Ağcabədi RPŞ tərəfindən verilmiş, xx.xx.2015-ci il taixli, AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əzizov X2 rayonu, Sarvanlar kəndində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh ərizəsindən görünür ki, İddiaçı ona qarşı 500 (beş yüz) manat pul tələbinə dair iddiasını qəbul edir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllsəinin 157.2-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə uyğun olaraq, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 2021-ci ildə müxtəlif vaxtlarda İddiaçı ümumilikdə 2.000 manat məbləğində borc pul alması, aldığı borcundan hissə-hissə qaytarması, hazırda İddiaçı 500 manat məbləğində borclu qalması tərəflərin izahatları, işin digər halları ilə sübuta yetirildiyindən, həmçinin Cavabdeh tərəfindən iddia etiraf edildiyindən iddia əsaslıdır təmin edilməli, Cavabdeh 500 manat və ödənilmiş 41 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-143/2024
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-143/2024
16.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver