Məhkəmə qərarları › İş №2(069)-147/2024

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-147/2024

29.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-147/2024 29.10.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 3.700 manat pulun alınıb ona verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası Qaçqın və X19 Dövlət komitəsinin binasında olarkən, ona yaxınlaşaraq Qaçqın və X19 Dövlət Komitəsində işlədiyini bildirmiş və onunla orada tanış olmuşdur. Onun bura gəlişinin səbəbini soruşmuş, ona Bərdə şəhəri 588 yerlik köçkün şəhərciyində yaşadığını və həmin şəhərcikdə 320 kv.m icarə müqaviləsi əsasında yer aldığını və orada mağaza tikdiyini, həmin obyektə işıq çəkdirmək istədiyini və Bərdə rayon İcra Başçısı icazə vermədiyindən, Qaçqın və X19 Dövlət Komitəsin rəhbəri ilə görüşərək, ondan başçının fəaliyyətinə qanunsuz müdaxiləsinin qarşısını almaq üçün kömək istəyəcəyini bildirmişdir. Cavabdeh bu problemin həlli üçün sədrlə görüşməyə ehtiyac olmadığını və bu problemi qısa müddətdə həll edəcəyini bildirmişdir. Bir-birlərinin telefon nömrəsini götürmüş, müxtəlif dövrdə telefon danışıqları və dəfələrlə görüşərək danışmışlar. Cavabdeh Bakı şəhərinə onun tez-tez gəlməməyi üçün bu problemi öz üzərinə götürmüş və həlli üçün ondan 3.500 manat pul lazım olduğunu bildirmiş və o, da onun vədinə aldanaraq ona inanmış və müxtəlif dövrlərdə Bank Respublikadan götürdüyü kreditlər hesabına ona cəmi 3.500 manat pul vermişdir. O, bu pulları həm nağdı, həmdə Bank vasitəsi ilə göndərmiş, sonradan Bərdə şəhərinə gəlmiş əlavə ondan 200 manat yol pulu almışdır. Cavabdehin ona cəmi 3.700 manat borcu vardır. Cavabdeh bu problemi bu ayın axırı, gələn ayın ortası, o biri ayın əvvəli deyərək onu aldatmış və bu məsələni uzatmışdır. Bundan sonra başa düşmüşdür ki, cavabdeh onu aldadır. O, tikdirdiyi mağazaya Bərdə ASAN xidmətə 4.000 manata yaxın pul ödəmiş, mağazaya elektrik xəttini çəkdirmiş və sonradan həmin şəxsin barəsində Beyləqan Rayon Polis Şöbəsinə yazılı şikayət ərizə ilə müraciət etmişdir. Beyləqan Rayon Polis Şöbəsinin sonuncu apardığı araşdırma nəticəsinə Cavabdeh izahatında göstərmişdir ki, guya ona mişar daşı göndərmiş və ondan 3.500 manat pul almışdır. Göründüyü kimi cavabdeh məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirir və bir dənədə olsun ortaya sübut qoya bilmir, çünki yalan danışır və məqsədi məhsuiyyətdən yayınmaqdır. Beləliklə, Beyləqan Rayon Polis Şöbəsinin sonuncu dəfə gəldiyi ümumi rəyə əsasən, Xocavənd rayon sakini Cavabdeh ona 3.700 manat pul alma faktı iş materialları ilə təsdiq edilsədə, Cavabdeh əməlində dələduzluq faktı kifayət qədər sübut olmadığı üçün təsdiqini tapmamış və onun müraciətində qeyd olunan xüsusiyyətlərin mülki xarakterli olduğu və müraciətdə qeyd edilən xüsusiyyətlərlə bağlı mülki qaydada məhkəməyə müraciət etməli olduğu müəyyən edilmişdir. Bu baxımdan hesab edir ki, məhkəmə Xocavənd rayon sakini Cavabdeh 3.700 manat pulun alınaraq ona verilməsi barədə qərar qəbul etməlidir. Ona görə də, Cavabdeh 3.700 manat pulun alınıb ona verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA seryalı, 418202 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüdür. İş materiallarında olan Xocavənd Rayon Polis X10 baş təhqiqatçısı polis mayoru X4 toplanmış materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında 12 noyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Ağdam rayonu, İlxıçı kənd sakini, hazırda Bərdə şəhəri 588 yerlik köçkün qəsəbəsi, bina 1, mənzil 14-də yaşayan İddiaçı Xocavənd rayon prokurorluğundan Xocavənd Rayon Polis Şöbəsinə daxil olmuş müraciəti əsasında toplanmış HK-1/94-20 saylı material ərazi aidiyyəti üzrə Beyləqan Rayon Polis Şöbəsinə göndərilmiş, qəbul olunmuş qərar barədə Xocavənd RPŞ-nin PPXT-nın polis nəfəri, polis baş serjantı X2, aparılan araşdırmada maraqlı tərəflər olan İddiaçı məlumat verilmiş, qəbul olunmuş qərarın sürəti nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xocavənd rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan Beyləqan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X17 materialın aidiyyəti üzrə göndərilməsi haqqında 05 mart 2021-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material aidiyyatı üzrə Beyləqan PŞ-nin İB-nə verilmiş, qərarın surəti nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Beyləqan rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan Beyləqan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X12 cinayət işi başlanmasının rədd edilməsi haqqında 09 may 2021-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, HK-1/1479 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinin tələblərinə əsasən, cinayət işinin başlanması rədd edilmiş, qəbul olunmuş qərarın surəti İddiaçı göndərilmiş, ona qərardan qanunla nəzərdə tutulmuş qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Beyləqan rayon prokuroruna və rayon məhkəməsinə şikayət etmək hüquqları izah olunmuş, qərarın surəti nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilmiş, toplanmış cinayət işi başlanmasının rədd edilməsinə dair material saxlanması üçün Beyləqan rayon PŞ-nin arxivinə verilmişdir. İş materiallarında olan Beyləqan rayon prokuroru baş ədliyyə müşaviri Ramazan Hadıyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında 09 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, HK-1/1479 nömrəli material üzrə Beyləqan Rayon Polis X6 sabiq müstəntiqi polis kapitanı Şamo Mehdiyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 may 2021 -ci il tarixli qərar ləğv edilmiş, toplanmış material əlavə araşdırma aparılması üçün Beyləqan Rayon X1ytarılmışdır. İş materiallarında olan Beyləqan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X8 cinayət işi başlanmasının rədd edilməsi haqqında 22 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, HK-1/1479 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinin tələblərinə əsasən, cinayət işinin başlanması rədd edilmiş, qəbul olunmuş qərarın surəti İddiaçı göndərilmiş, ona qərardan qanunla nəzərdə tutulmuş qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Beyləqan rayon prokuroruna və rayon məhkəməsinə şikayət etmək hüquqları izah olunmuş, qərarın surəti nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilmiş, toplanmış cinayət işi başlanmasının rədd edilməsinə dair material saxlanması üçün Beyləqan rayon PŞ-nin arxivinə verilmişdir. İş materiallarında olan Beyləqan rayon prokuroru baş ədliyyə müşaviri Ramazan Hadıyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Beyləqan Rayon Polis X6 sabiq müstəntiqi polis kapitanı X8 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 aprel 2022-ci il tarixli qərarı ləğv edimiş, material əlavə araşdırmanın aparılması üçün Beyləqan Rayon Polis X7 göndərilmiş, qərar barədə maraqlı şəxslərə məlumat verilmişdir. İş materiallarında olan Beyləqan RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X9 cinayət işi başlanmasının rədd edilməsi haqqında 31 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, HK-1/1479 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinin tələblərinə əsasən, cinayət işinin başlanması rədd edilmiş, qəbul olunmuş qərarın surəti İddiaçı göndərilmiş, ona qərardan qanunla nəzərdə tutulmuş qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Beyləqan rayon prokuroruna və rayon məhkəməsinə şikayət etmək hüquqları izah olunmuş, qərarın surəti nəzarət üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilmiş, toplanmış cinayət işi başlanmasının rədd edilməsinə dair material saxlanması üçün Beyləqan rayon PŞ-nin arxivinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İdtintaq və Təhqiqat İdarəsinin rəis müavini Emin Məmmədovun xx.xx.2023-cü il tarixli, 313-5/2-8- 20038/11/23 saylı məktubunun surətindən görünür ki, pulunuzun Cavabdeh tərəfindən ələ keçirilməsi ilə bağlı tədbir görülməməsinə dair Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətinə baxılmışdır. Müəyyən olmuşdur ki, eyni məzmunlu şikayətiniz əsasında Beyləqan Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılaraq Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnuz vardır. Müraciətiniz qəbul edilmiş qərarın əsaslılığının yoxlanılması üçün cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Beyləqan rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan Cavabdeh məxsus **********33 nömrədən göndərilən SMS mesajdan görünür ki, xx.xx.2018-ci il tarixdə X15 başçı gəlir ona necə lazımdır tapşırılıb. İş materiallarında olan Cavabdeh tərəfindən **********11 nömrədən göndərilən SMS mesajdan görünür ki, məsələ həll olundu vasitəçi ilə əlaqə saxla. 15.a. qalmayacaq az müddətə məsələ həll olunacaq. İş materiallarında olan Cavabdeh tərəfindən göndərilən SMS mesajdan görünür ki,

15. başçı səni cağıracaq get görüş narahat olma işlər qaydasındadır. 26 səni başçı ilə birlikdə Bərdədə qəbul edib işi yerində həll edəcəyik. İş materiallarında olan Cavabdeh tərəfindən göndərilən mesajdan görünür ki, özüm zəng edəcəm. İş materiallarında olan KoronPay ödəniş sistemi vasitəsilə xx.xx.2017-ci il tarixdə edilmiş ödəniş məlumatından görünür ki, İddiaçı tərəfindən göndərilən 700 ABŞ dolları xx.xx.2017-ci il tarixdə, saat 21:06:24 qəbul edilmiş və NOKİA mobil telefonun mesajlar qutusuna məlumat daxil olmuşdur. İş materiallarında olan X13 Xocavənd Rayon Polis Şöbəsində yazdığı izahatın surətindən görünür ki, o, 30 ilə yaxındır ki, Bərdə şəhərində məcburi köçkün kimi məskunlaşıb yaşayır. İddiaçı ilə aralarında ədavət və düşmənçilik yoxdur. Əksinə yaxın tanışlığı vardır. Onunla dəfələrlə Bakı şəhərinə və digər rayon və şəhərlərə gedib gələndə yol yoldaşı olmuşlar. Belə ki, Fəqan 3 il olar ki, Bərdə şəhərində inşa etdirdiyi ticarət mərkəzinə işıq xətti çəkdirməyə razılıq almaq üçün Bakı şəhərində yerləşən Dövlət qaçqınkoma dəfələrlə onunla gedib gəlmişdir. 2017-ci ilin təxminən son günlərində Fəqanla həmin komitədə olarkən, onlara yaxınlaşan adını sonradan bildiyi Koroğlu adlı şəxs Fəqana köməklik edə biləcəyini vəd etmiş və Fəqanı inandırmışdır. Hətta onlar sonralar o, olmayan vaxt telefon əlaqəsi saxlayıb görüşmüşlər. Fəqanın dediyinə görə Koroğlu ondan Bakı şəhərində 3.500 manat pul istəmişdir ki, onu dövlət qurumunda sənədləşmə işində köməklik edəcək və sonuncu dəfə Fəqan 2019-cu ilin dekabr ayında Koroğlu ilə Kəbirli-Beyləqan avtomobil yolundan Beyləqan-Xaçınabad qəsəbəsinə ayrılan yolun başlanğıcında Mil-Muğan kanalının yaxınlığında görüşməyə onunla getmiş və orada yəni pul veriləndə onların yanında olmasada kənarda maşında Fəqanı gözləmişdir. İddiaçı həmin vaxt son olaraq orada Koroğluya 700 manat pul verməliydi və özünün deməsinə görə vermişdir. Ancaq Fəqan demişdir ki, Koroğlu ona heç bir köməklik etməmiş və onu aldadmışdır. Buna görə də, Fəqan Xocavənd Rayon Prokuroluğuna şikayət etmişdir. İş materiallarında olan Cavabdeh Beyləqan Rayon Polis Şöbəsinin İB-nə verdiyi izahatının surətindən görünür ki, o, Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatdadır və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. İddiaçı onun haqqında verdiyi şikayətlə tanış olmuşdur. O, İddiaçı Ağdam rayon qaçqını kimi təxminən 4 il olarkı tanıyır, onunla heç bir ədavəti və düşmənciliyi olmamışdır. O, Fəqanla 2017-ci ilin noyabr ayında Bakı şəhərində Nazirlər Kabinetinin giriş otağında Telman adlı şəxsin qəbuluna gələrkən tanış olmuşdur. Görüş otağında gözləyərkən Fəqan ona yaxınlaşıb söhbət etməyi başlamış, söhbət əsnasında Fəqan ona bildirmişdir ki, Bərdə şəhərində 588 saylı qəsəbədə məcburi köçkünlərin məskunlaşdığı binada yaşayır, orada Qaçqın və X14 üzrə Komitənin balansında olan torpaqda özünə böyük mağazalar tikdirmiş və hal-hazırda tikinti işi dayandırılmışdır. Ona əlavə mişar daşı lazım olduğunu bildirdikdə, o, özünün mişar sexinin olduğunu və həmin sexdən 0,30 manat müqabilində daş sata biləcəyini bildirmişdir. Fəqan onunla razılaşmış və ondan 8.000 ədəd daş lazım olduğunun bildirmişdir. Fəqan 2 ay müddətində ondan 8.000 ədəd mişar daşı almış və ona 2.400 manat pul verməli olmuş, lakin Fəqan pulu gecikdirmiş və pulu az-az miqdarda poçt vasitəsi ilə göndərmişdir. O, bir dəfə 20 yanvar metrosunun çıxışında görüşüb ondan 1.200 manat borcunu almışdır. Axrıncı dəfə o, təxminən oktyabr ayında Bərdə şəhərində Fəqan ilə görüşmüş, Fəqan ona olan borcundan 200 manatda vermiş və bununla ümumilikdə ona 2.180 manat vermişdir. Yekunda aldığı daşa görə ona 220 manat borcu qalmışdır. Onunla Beyləqan rayonu ərazisində heç vaxt görüşməmiş və Fəqanın müraciətində göstərdiyi xüsusatlar ümumiyətlə yalan xarakterlidir. Onunla heç vaxt mağazasına işıq şəkdirmək barədə söhbət etməmiş və ondan 3.500 manat pul almamışdır. Onun ondan aldığı pullar ona mişar daşlarına görə olmuş və hələdə ona 220 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı Bərdə rayonu, Həsənqaya kəndində yerləşən qeyriyaşayış obyektinin elektrik təchizatı haqqında müraciətinə xx.xx.2018-ci il tarixli cavab və xx.xx.2018-ci il tarixli smeta sənətinin surətindən görünür ki, İddiaçı məxsus Bərdə rayonu, Həsənqaya kəndinin ərazisində yerləşən 588 mənzilli yaşayış kompleksinin ərazisində yerləşən qeyri-yaşayış obyektinin (sahibkarlıq obyektinə) elektirik təhcizatı (16,14 kvt) haqqında smeta sənədi verilmiş və smeta üzrə cəmi dəyəri (ƏDV-ilə) 2.618,9 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 2.300 manat "xxxx" ASC-nin hesabına ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bərdə rayonu 588 mənzilli yaşayış kompleksinin ərazisində yerləşən qeyri-yaşayış obyektinə elektrik təhcizatının çəkilməsi üçün xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Qaçqın və X19 Dövlət Komitəsində olarkən cavabdehlə tanış olmuş, Bərdə rayon İcra Başçısı tərəfindən elektrik təhcizatının çəkilişinə maneçilik törədilməsini cavabdehə bildirmiş, cavabdeh ona bu məsələdə köməklik edə biləcəyini və bununla bağlı müxtəlif vaxtlarda Cavabdeh nağd və bank vasitəsi ilə 3.700 manat məbləğində pul vermiş, lakin sonuncu üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməmişdir. Bu səbəbdən də, xx.xx.2020-ci ildə Xocavənd rayon prokurorluğuna ərizə ilə müraciət etmiş, müraciət aidiyyatı üzrə baxılması üçün Beyləqan Rayon Polis Şöbəsinə göndərilmiş, cinayət işinin başlanması rədd edilmiş, həmin qərarlardan narazı qaldığı üçün Beyləqan rayon prokuroruna şikayət vermiş, Beyləqan rayon prokuroru tərəfindən müxtəlif vaxtlarda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmiş, material əlavə araşdırmanın aparılması üçün Beyləqan Rayon Polis X7 göndərilmişdir. Araşdırma zamanı şahid qismindən dindirilmiş X3 RPŞ-də yazdığı izahatında şikayətdə qeyd olunanları təsdiq etsə də, Cavabdeh Beyləqan RPŞ-də yazdığı izahatında iddiaçıya 2 ay müddətində 8.000 ədəd mişar daşı satması və bunun müqabilində ona 2.400 manat pul verməli olmasını qeyd etməsinə baxmayaraq, göstərdiyi xüsusatlara dair mötəbər sübut təqdim edə bilməmişdir. Sonuncu araşdırma nəticəsində 31 yanvar 2024-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş və müraciətdə qeyd olunan xüsusatlar mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət edilməsi müəyyən edilmişdir. Eyni zamanda iş materiallarında olan SMS yazışmalarında Cavabdeh iddiaçıya mişar daşı satması barədə hər hansı bir yazı öz əksini tapmamış, əksinə iddiaçının iddia tələbinə uyğun olan, yəni icra başçısına necə lazımdı tapşırılması, məsələnin həll olunduğu, başçı ilə bir yerdə Bərdədə qəbul edib işi yerində həll edəcəyi qeyd olunmuşdur. Göründüyü kimi qeyd olunanlarla bağlı iddiaçı 2018-ci il tarixdə özünə məxsus Bərdə rayonu 588 mənzilli yaşayış kompleksinin ərazisində yerləşən qeyri-yaşayış obyektinə elektirik təhcizatı üçün "xxxx" ASC-nə müraciət etmiş, bununla bağlı smeta sənədi verilmiş və "xxxx" ASC-nin hesabına 2.300 manat ödəmişdir. Lakin cavabdeh istər istintaq orqanında araşdırma aparılarkən, istərsə də, məhkəmə araşdırması zamanı izahatında göstərdiyi xüsusatlara dair mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllsəinin 157.2-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh müxtəlif vaxtlarda iddiaçıya məxsus qeyri-yaşayış obyektinə elektrik təhcizatının çəkilməsi üçün iddiaçıdan 3.700 manat pul alması, cavabdeh üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməməsi, hazırda iddiaçıya 3.700 manat borclu qalması iddiaçının izahatı və işin digər halları ilə öz təsdiqini tapdığından, həmçinin cavabdeh istinad etdikləri hallara dair mötəbər sübut məhkəməyə təqdim edə bilmədiyindən, iddia əsaslıdır təmin edilməli, Cavabdeh 3.700 (üç min yeddi yüz) manat İddiaçı xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ :

İddia təmin edilsin. Cavabdeh 3.700 (üç min yeddi yüz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar