Məhkəmə qərarları › İş №2(069)-158/2023

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-158/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-158/2023 25.08.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ X2 Xanoğlan oğlunun sədrliyi, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə mübahisələr» tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" MMC iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, TOZSORAN PANASONİC üçün 294,34 manat ödənilməmiş hissə, 29,66 manat cərimə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(069)-158/2023 saylı qərardadı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı «alqı-satql müqaviləsi üzrə mübahisələr» tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Xocavənd Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı "xxxx" MMC iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, TOZSORAN PANASONİC almış və nəticədə 324 (üç yüz iyirmi dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 421 (dördyiiz iyirmi bir) manat (yəni 12 ay x 35 manat + 1 manat ilkin ödəniş) TOZSORAN PANASONİC üçün ümumilikdə, 324 (üç yüz iyirmi dörd) manat olmaqla ondan 294,34 (iki yüz doxsan dörd manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.66 (iyirmi doqquz manat altmış altı qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 126.66 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsədə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığı və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ona görə də, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, TOZSORAN PANASONİC üçün 294,34 manat ödənilməmiş hissə, 29,66 manat cərimə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 25 iyun 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 324 manat "xxxx" MMC-yə borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2022-ci il tarixli, 23035083 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən TOZSORAN PANASONİC almışdır. "ASAN-SUMQAYİT" tərəfindən verilmiş xx.xx.2014-cı il tarixli, AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nəzərov X1 rayonunun, Qaradağlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə sübutlara məcmu halında qiymət verib hesab edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, TOZSORAN PANASONİC üçün 294,34 manat ödənilməmiş hissə, 29,66 manat cərimə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 294,34 manat ödənilməmiş hissə, 29,66 manat cərimə borcu olmaqla cəmi 324 manat və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar