Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-170/2023 14.11.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Cavabdeh, Cavabdeh vəkili və nümayəndəsi olan Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və dəymiş ziyanın tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 22.308,39 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və 122 manat əsas borcun, vurulmuş mənəvi ziyana görə 50.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh onun tanışıdır. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 03L000000595 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, sonuncuya 120 ay müddətinə, 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən, cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 595 saylı sazişə əsasən, kredit xəttinin məbləği artırılaraq 100.000 ABŞ dolları müəyyən edilmişdir. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 03L000000595SA saylı sazişə əsasən, kredit xəttinin müddəti artırılaraq, 204 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh “AccessBank’ QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2015-ci il tarixli, 003M**********01 saylı ipoteka müqaviləsinə əsasən, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2ci mərtəbəsində yerləşən və xüsusi mülkiyyətində olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)- 3373/2016 saylı qətnaməsi ilə "xxxx" QSC-nin cavabdehlər Cavabdeh, X14 və ona qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-155/2017 saylı qətnaməsi ilə "xxxx" QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-3373/2016 saylı qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2016- cı il tarixə cavabdehlər Cavabdeh, X8 və İddiaçı müştərək qaydada 7.571,29 ABŞ dolları əsas borc, 1.839,93 ABŞ dolları faiz borcu, 350 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9.761,22 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 89/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 11.504,44 ABŞ dolları kredit borcu, 942,73 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 12.547,17 ABŞ dolları məbləğində borcun və 22 manat dövlət rüsumunun iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-1512/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-89/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4974/2021 saylı qərarı ilə "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 1512/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" QSC cavabdehlər Cavabdeh, X14, İddiaçı və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-155/2017 saylı qətnaməsi ilə Cavabdeh, X8 və İddiaçı müştərək qaydada 7.571,29 ABŞ dolları əsas borc, 1.839,93 ABŞ dolları faiz borcu, 350 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9.761,22 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-89/2021 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 11.504,44 ABŞ dolları kredit borcu, 942,73 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.547,17 ABŞ dolları məbləğində borcun və 22 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzilə yönəldilməsi, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzilin açıq hərracdan satılması, 22.308,39 ABŞ dolları məbləğində borc, 52 manat dövlət rüsumunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, X8 və İddiaçı ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-129/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-155/2017 saylı qətnaməsi ilə Cavabdeh, X8 və İddiaçı müştərək qaydada tutulması qət edilən cəmi 9.761,22 ABŞ dolları borc (ödəniş gününə manata məzənnə ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 89/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulması qət edilən cəmi 12.547,17 ABŞ dolları məbləğində borc (ödəniş gününə manata məzənnə ilə) və 22 manat dövlət rüsumunun əvəzinin 1-ci və 2-ci bənddə qeyd edilən iki qətnamə üzrə cəmi 22.308,39 ABŞ dolları borc və 52 manat, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, 10 manat bildirişin qeydə alınmasına və 30 manat xidmət haqqına görə ödənilmiş vəsaitin ümumilikdə 22.308,39 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və 122 manatın Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzilin açıq hərracdan satılmasından əldə edilmiş vəsait hesabına ödənilməsi, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzilin ilkin satış qiymətinin 50.000 manat olmaqla, açıq hərracdan satılması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2022-ci il tarixli, 2(105)-1196/2022 nömrəli qətnaməsi və AR Ali Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(102)-5429/2022 saylı qərarı ilə apelyasiya və kassasiya şikayətləri təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı qanun qüvvəsini almış və icraya yönəldilmişdir. Bundan sonra o, zamin və ipotekaya qoyulmuş əmlakın sahibi olaraq ailə üzvləri ilə yaşadığı mənzili itirməmək üçün məcburiyyət qarşısında qalaraq, cavabdehin banka olan borcunu 22.308,39 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və 122 manatı ödəmiş və borcun tam olaraq onun tərəfindən ödənilməsi barədə bank tərəfindən ona rəsmi arayış verilmişdir. Məhkəmə qətnamələrindən və kredit müqavilələrindən göründüyü kimi həmin vəsaitləri bankdan cavabdeh götürmüş və öz şəxsi məqsədlərinə (ət alveri, fermer təsərrüfatı) sərf etmiş, lakin pulu ödəməyərək ona və ailə üzvlərini ağır bir duruma salmışdır. Cavabdeh pulu qaytarmadığı üçün o, məhkəmə mübahisələrinə cəlb edilmiş, ailə üzvləri ilə birlikdə yaşadıqları mənzildən çıxarılacaqları qorxusunu yaşamışlar. Hazırda o, qohum-qonşulardan pul toplayaraq, həmin borcu bağlamışdır. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı mənəvi ziyan da dəymiş və o, bu ziyanı 30.000 manat məbləğində qiymətləndirir. Ona görə də, Cavabdeh 22.308,39 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və 122 manat əsas borcun, vurulmuş mənəvi ziyana görə 50.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi olan Vəkil1 elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddia tələbi ilə bağlı tərəflərindən bütün sübutlar təqdim edilmiş və iddia tələblərini müdafiə edirlər. Ona görə də, xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə prosesini iştirakları olmadan keçirilməklə, iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, məhkəməyə etiraz ərizəsi təqdim edib izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 22.308,39 ABŞ dolları (ödəniş gününə manat məzənnə) ilə və 122 manat əsas borcun və vurulmuş mənəvi ziyana görə 50.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsində qeyd edilənlərin hamısı ona qarşı qərəzli, əsassız böhtan xarakterli iddialardır. Onun adına rəsmiləşdirilən kreditlərin hamsı X1 ilə həyata keçirilmişdir. Belə ki, X2 Etibar Aydın oğlu ilə əvvəlcədən əlbir olub əlaqəyə girərək, onun savadsızlığından istifadə edərək, dəfələrlə banklarda ona qol çəkdirib pulun hamsını onlar götürmüşdür. Onun bu pulların götürülməsindən xəbəri olmamışdır. Bununla yanaşı X10 əsassız ərizələri ilə inzibati orqanlara müraciətlər edərək, guya ona küllü miqdarda borcunun olması barədə müraciətlər etmişdir. Lakin həmin müraciətlər öz təsdiqini tapmdığından rədd edilmişdir. Bundan sonra onu məhkəmənin təsiri ilə şərləməyə məcbur olmuşlar və onun onlara borcu yoxdur. Bankdan götrülmüş kredit pullarının hamısı onlar tərəfindən götürülmüş və onlar tərəfindən ödənilmişdir. O, İddiaçı maddi və mənəvi ziyan vurmamış, əksinə onlar iki qardaş əlbir olub ona qarşı olan, əsassız böhdan xarakterli müraciyətləri ilə ağır sarsıntılar keçirərək külli miqdarda maddi və mənəvi ziyana düşmüşdür. Ürək xəstəliyindən əziyyət çəkdiyinə görə səhhəti günü gündən kəskin pisləşir. Ona görə də, yuxarda qeyd edilənləri nəzərə alıb, İddiaçı ona qarşı qanunsuz və əsasız qərəzli verdiyi iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi olan Vəkil2 iddianı qəbul etməyib izahatında göstərmişdir ki, cavabdeh Qeys Hüseynovun əvəzinə kreditləri Vəfadar Novruzv və iddiaçının qardaşı götürmüş, həmin pulları cavabdehə verməmişlər. İddiaçı özü, arvadı və xalası oğlu zamin kimi Vəfadar Novruzovun razılığı ilə evi girov qoyulmuş, cavabdeh Qeys Hüseynovun həmin məsələlərdən heç bir məlumatı olmamış və araşdırma zamanı müəyyən olunmuşdur ki, kredit borcunun 5.876,47 ABŞ dollarını Vəfadar Novruzov ödəmişdir. Göründüyü kimi zaminlik məsələsidə Vəfadar tərəfindən həll edilmiş və Qeys evin girov qoyulmasını Etibardan xahiş etməmişdir. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun vəkili və nümayəndəsi olan Vəkil1 məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşmasından görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması əsasən, Cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 003M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2008-ci il tarixli, 03L000000595 saylı uzunmüddətli müqaviləsi və bu uzumüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmasının icrasını təmin etmək məqsədilə "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 003M**********01 saylı ipoteka müqaviləsinə əsasən, İddiaçı məxsus Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən və xüsusi mülkiyyətimdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə üzrə ipoteka premetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 38.500 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 4/10, mənzil 32-də yerləşən 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-129/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-155/2017 saylı qətnaməsi ilə Cavabdeh, X8 və İddiaçı müştərək qaydada tutulması qət edilən cəmi 9.761,22 ABŞ dolları borc (ödəniş gününə manata məzənnəilə) və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 89/2021 sayı qətnaməsi ilə Cavabdeh tutulması qət edilən cəmi 12.547,17 ABŞ dolları məbləğində borc (ödəniş gününə manata məzənnə ilə) və 22 manat dövlət rüsumunun əvəzi, 1 -ci və 2-ci bənddə qeyd edilən iki qətnamə üzrə cəmi 22.308,39 ABŞ dolları borc və 52 manat, həmçinin hazırki iş üzrə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 10 manat bildirişin qeydə alınmasına və 30 manat xidmət haqqıya görə ödənilmiş vəsait ümumilikdə 22.308,39 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və 122 manat Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzilin açıq hərracdan satılmasından əldə edilmiş vəsait hesabına ödənilməsi, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil ilkin satış qiyməti 50.000 manat olmaqla açıq hərracdan satılması, iddia tələbi qalan hissədə rədd edilmiş və ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1196/2022 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-129/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5429/2022 saylı qərarının surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyun 2022-ci il tarixli, 2(105)-1196/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2018-ci il tarixli 8(060)-791/2018 saylı qərardadının surətindən görünür ki, təqdimat təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 10 may 2017-ci il tarixli, 2(060)-155/2017 saylı icra sənədinə əsasən, Cavabdeh, X11 və İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4974/2021 saylı qərarının surətindən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2021-ci il tarixli, 2(105)- 1512/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi polis mayoru Əsgər Kazımovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərinlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, verilmiş kreditlər üzrə xx.xx.2023-cü il tarixdə X10 tərəfindən 5.876,47 ABŞ dolları və xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən 13.100 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh kredit borcuna ödənilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin 12 iyul 2023-cü il tarixli, 0430 saylı icraata xitam məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Sumqayıt şəhər Məhkəməsi 2(060)-129/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Cavabdeh, İddiaçı və qeyrilərindən cəmi 22.308,39 ABŞ dolları üzrə borcu və 122 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" QSC-yə ödənilməlidir. Yuxanda qeyd olunan icra sənədi üzrə təyin olunmuş məbləğin tam olaraq ödənildiyini nəzərə alaraq, "İcra Haqqında" Azərbaycan Respublikasının qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi üzrə İcraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" QSC-nin 12 iyul 2023-cü il tarixli, 0432 saylı məktubundan görünür ki, İddiaçı zamin olduğu xx.xx.2014-cü il tarixli, 30.000 USD məbləğində kredit üzrə öhdəliyi xx.xx.2023-ci il tarixində tam olaraq yerinə yetirilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 10802 saylı məktubundan görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 (otuz min) ABŞ dollar məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X18 xx.xx.2014-cü il tarixli, 003S**********01 saylı zaminlik müqaviləsinə, İddiaçı xx.xx.2014-cü il tarixli, 003S**********01 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Bundan başqa xx.xx.2008-ci il tarixli, 03L000000595 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh ipoteka qoyan İddiaçı ilə Bank arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 003M(KK)001685501 saylı ipoteka müqaviləsi (Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən təsdiq edilib) əsasında Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-3373/2016 saylı qətnaməsinə əsasən, iddiaçı "xxxx" QSCnin cavabdehlər Cavabdeh. X14 və İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair iddia ərizəsi təmin edilməmiş, həmin qətnamədən iddiaçı "xxxx" QSC tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-155/2017 saylı qətnaməsi ilə "xxxx" QSC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-3373/2016 saylı qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilmişdir. xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2016-cı il tarixə cavabdehlər Cavabdeh, X8 və İddiaçı müştərək qaydada 7.571,29 ABŞ dolları əsas borcu, 1.839,93 ABŞ dolları faiz borcu, 350 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9.761,22 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsinin səbəbi həmin dövrdə kredit müqaviləsinin müddətinin başa çatmamış olması olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(060)-89/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 11.504,44 ABŞ dolları kredit borcu, 942,73 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 12.547,17 ABŞ dolları məbləğində borcun və 22 manat dövlət rüsumunun iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 89/2021 saylı qətnaməsindən narazı qalan iddiaçı tərəfindən zaminlərə-cavabdehlərə münasibətdə olan hissədə apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-1512/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-89/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-129/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-155/2017 saylı qətnaməsi ilə Cavabdeh, X8 və İddiaçı müştərək qaydada tutulması qət edilən cəmi 9.761,22 ABŞ dolları borc (ödəniş gününə manata məzənnə ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-89/2021 saylı qətnaməsi ilə Cavabdeh tutulması qət edilən cəmi 12.547,17 ABŞ dolları məbləğində borc (ödəniş gününə manata məzənnə ilə) və 22 manat dövlət rüsumunun əvəzinin 1-ci və 2-ci bənddə qeyd edilən iki qətnamə üzrə cəmi 22.308,39 ABŞ dolları borc və 52 manat, həmçinin hazırki iş üzrə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 10 manat bildirişin qeydə alınmasına və 30 manat xidmət haqqına görə ödənilmiş vəsaitin ümumilikdə 22308.39 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və 122 manatın Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzilin açıq hərracdan satılmasından əldə edilmiş vəsait hesabına ödənilməsi, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzilin ilkin satış qiymətinin 50.000 manat olmaqla, açıq hərracdan satılması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyun 2022-ci il tarixli, 2(105)-1196/2022 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5429/2022 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-l 196/2022 nömrəli, 13 iyun 2022- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldikdən sonra xx.xx.2023-cü il tarixdə Novruzov Yətadar aydın oğluna məxsus bank hesabından 5.876,50 ABŞ dolları məbləğində pul Cavabdeh kredit borcuna silinmiş, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus bank hesabından 13.100 ABŞ dolları məbləğində pul Cavabdeh kredit borcuna silinmiş və bundan sonra xx.xx.2023-cü il tarixində "xxxx" QSC tərəfindən İddiaçı zamin olduğu öhdəliyin tam icra olunması barədə 0432 saylı məktub verilmişdir. Həmçinin xx.xx.2023-ci il tarixində "xxxx" QSC tərəfindən Sumqayıt şəhər İcra İdarəsinə icraata xitam verilməsi barədə 0430 saylı məktub verilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1964-cü ildə Füzuli rayonu, Veysəlli kəndində doğulmuş, Xocavənd rayonu, Haxullu kəndində qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı 086464 saylı məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayonu, Yuxarı Veysəlli kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 033 saylı məktubundan görünür ki, Xocavənd rayonundan məcburi köçkün X12 həyat yoldaşı X6 və oğlu X19 ilə birgə Xocavənd rayon İcra Hakimiyyətinin Sumqayıt şəhəri üzrə səlahiyyətli nümayəndəsinin təqdim etdiyi 12158 nömrəli qeydiyyat kartına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət komitəsinin Sumqayıt Şəhər sektorunda qeydiyyata alınmış və ilkin olaraq Sumqayıt Şəhəri 26-cı məhəllə Bərpa xəstəxananın yanı yarımçıq binada müvəqqəti məskunlaşmışlar. Hal-hazırda həmin ünvanda yaşaması barədə Komitənin Sumqayıt şəhər sektorunda heç bir məlumat yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşmasına əsasən, Cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit razılaşmasının icrasını təmin etmək məqsədilə "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 003M**********01 saylı ipoteka müqaviləsinə əsasən, İddiaçı məxsus Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən və xüsusi mülkiyyətimdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin müqavilə üzrə öhdəliklər yerinə yetirmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-129/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)- 155/2017 saylı qətnaməsi ilə Cavabdeh, X8 və İddiaçı müştərək qaydada tutulması qət edilən cəmi 9.761,22 ABŞ dolları borc (ödəniş gününə manata məzənnə ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-89/2021 sayı qətnaməsi ilə Cavabdeh tutulması qət edilən cəmi 12.547,17 ABŞ dolları məbləğində borc (ödəniş gününə manata məzənnə ilə) və 22 manat dövlət rüsumunun əvəzi, 1-ci və 2-ci bənddə qeyd edilən iki qətnamə üzrə cəmi 22.308,39 ABŞ dolları borc və 52 manat, həmçinin hazırki iş üzrə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 10 manat bildirişin qeydə alınmasına və 30 manat xidmət haqqıya görə ödənilmiş vəsait ümumilikdə 22.308,39 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və 122 manat Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzilin açıq hərracdan satılmasından əldə edilmiş vəsait hesabına ödənilməsi, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil ilkin satış qiyməti 50.000 manat olmaqla açıq hərracdan satılması və iddia tələbi qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1196/2022 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-129/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5429/2022 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyun 2022-ci il tarixli, 2(105)-1196/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamələr üzrə Cavabdeh, İddiaçı və qeyriləri tərəfindən cəmi 22.308,39 ABŞ dolları borc və 122 manat dövlət rüsumu ödənildiyi üçün "İcra Haqqında" Azərbaycan Respublikasının qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi üzrə İcraata xitam verilməsi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xahiş edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən edilmiş sorğuya cavab olaraq, "xxxx" QSC xx.xx.2023-cü il tarixli, 10802 saylı məktubunda göstərmişdir ki, qətnamə icraya yönəldikdən sonra xx.xx.2023-cü il tarixdə X7 məxsus bank hesabından 5.876,50 ABŞ dolları məbləğində pul Cavabdeh kredit borcuna silinmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus bank hesabından 13.100 ABŞ dolları məbləğində pul Cavabdeh kredit borcuna silinmişdir. Göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-155/2017 saylı qətnaməsi ilə Cavabdeh, X8 və İddiaçı müştərək qaydada 9.761,22 ABŞ dolları borc (ödəniş gününə manata məzənnəsi ilə) tutulması qət edilməsinə baxmayaraq, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh kredit borcu üzrə 13.100 ABŞ dolları məbləğində pul vəsaitini ödəmişdir. Halbuki İddiaçı zamin kimi üzərinə götürdüyü öhdəliyindən kənar olaraq, 3.338,78 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh kredit borcuna ödənməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllsəinin 157.2-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri üzrə İddiaçı Cavabdeh zamin durması, kredit razılaşmasının icrasını təmin etmək məqsədilə özünə məxsus mənzili bankın xeyrinə ipoteka ilə yüklü etməsi, lakin borclu Cavabdeh ödənişləri gecikdirməsi nəticəsində zamin və ipoteka qoyan olaraq ailə üzvləri ilə yaşadığı mənzili itirməmək üçün məcburiyyət qarşısında qalaraq cavabdehin əvəzinə 13.100 (9.761,22 ABŞ dolları müqavilə üzrə tutulmalı məbləğ, 3.338,78 ABŞ dolları müqavilə üzrə öhdəliyi olmadığı halda ödədiyi məbləğ) ABŞ dolları məbləğində pulu ödəməsi, lakin həmin pulun Cavabdeh tərəfindən iddiaçıya qaytarmaması, hazırda İddiaçı 13.100 ABŞ dolları məbləğində borclu qalması nəticəsində 9.761,22 ABŞ dolları məbləğinə münasibətdə MMnin 475.1-ci maddəsinə əsasən, geri tələb etmək, 3.338,78 ABŞ dolları məbləğinə münasibətdə isə MM-nin 1091.1-ci maddəsində nəzərdə tutulmuş əsasla əsassız varlanmış məbləğin geri tələb etməsi hüququnun mövcudluğu, tərəflərin izahatları və işin digər halları ilə sübuta yetirildiyindən və məhkəmə iclasında öz təsdiqini tapdığından iddia qismən təmin edilməli, Cavabdeh 13.100 (on üç min yüz) ABŞ dolları məbləğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, İddiaçı iddia tələbində 122 manat məbləğində pulun Cavabdeh tutulmasını xahiş etsə də, həmin pulun onun tərəfindən ödənilməsini təsdiq edə biləcək mötəbər sübut məhkəməyə təqdim olunmadığından, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüquqi şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirrlərinin açıqlanması, şərəf, ləyaqət və üşgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı fəal ictimai həyat tərzindən məhrum olması, işgüzar nüfuzunun ləkələnməsi, mənəvi sarsıntı keçirməsi və ona maddi ziyanla yanaşı mənəvi ziyanın dəyməsi nədə ifadə olunmasına dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən və məhkəmə iclasında öz təsdiqini tapmadığından iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi əsassızdır və təmin oluna bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 13.100 (on üç min yüz) ABŞ dolları məbləğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-170/2023
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-170/2023
14.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver