Məhkəmə qərarları › İş №2(069)-186/2023

Xocavənd Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(069)-186/2023

02.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-186/2023 02.11.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yaddulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, İddiaçı və onun vəkili olan Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «580 manat pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmə iddia qaldıraraq, Cavabdeh 580 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2021-ci ilin dekabr ayının 12-də pula ehtiyacı olduğu üçün Beyləqan rayonunun Bolsulu kəndində yaşayan bacısı X3 vasitəsi ilə ondan 750 manat borc pul almışdır. Həmin borc pulun verilməsinin əsil səbəbkarı olan X7 2022-ci ilin oktyabr aıyının 19-da vəfat etmişdir. Cavabdeh ondan borc almış olduğu 750 manat pulun 100 manatını Beyləqan rayonu Bolsulu kənd sakini X8 vasitəsi ilə, 70 manatını isə X2 vasitəsi ilə qaytarmışdır. Cavabdeh tərəfindən 170 manat pulun qaytarılması 2022-ci ilin avqust ayında olmuşdur. Cavabdeh həm yeznəsi, həm də yaxın qohumu olan X1 fermasında işləyir. Hazırda Cavabdeh 580 manat pulu qalmışdır. O, borc verdiyi pulunu dəfələrlə tələb etsə də, Cavabdeh hər dəfə bir bəhanə gətirərək pulunu qaytarmamışdır. Cavabdeh borc almış olduğu pulunu qaytarmadığı üçün o, məcbur olub Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmişdir. Həmin zəngdən sonra Xocavənd Rayon Polis Şöbəsindən ona zəng edib onunla müəyyən söhbətdən sonra bildirmişlər ki, pulu Beyləqan rayonunun ərazisində verdiyi üçün Beyləqan Rayon Polis Şöbəsinə müraciət etməlidir. Bundan sona o, Beyləqan Rayon Polis Şöbəsində polis əməkdaşları Vüqar və Pərviz adlı şəxslərin yanında olmuş və ondan bu barədə ərizə almışlar. Lakin həmin müraciətinə bu günə kimi heç bir cavab verilməmişdir. Ona görə də, Cavabdeh 580 (beş yüz səksən) manat pulun alınıb ona verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, Cavabdeh məhkəmə prosseslərinə gəlmir və bu günkü prossesədə gəlməmişdir. Ona görə də, mülki işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını və Cavabdeh 580 manat borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil göstərmişdir ki, Cavabdeh İddiaçı 750 manat borc pul almış və həmin puldan müxtəlif vaxtlarda 170 manatını qaytarmışdır. Hazırda cavabdehin İddiaçı 580 manat məbləğində borclu qalmışdır. Ona görə də, Cavabdeh 580 manat pulun alınıb İddiaçı verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilsə də, o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Beyləqan RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il taixli, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Beyləqan rayonu, Bolsulu qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Beyləqan rayonu İHB-nın Təzəkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 dekabr 2022-ci il tarixli, 863 nömrəli arayışından görünür ki, İddiaçı Beyləqan rayonu, Bolsulu kənd sakini olmaqla, həmin kənddə yaşayır. İş materiallarında olan şəxsyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Hümbətov X9 rayonu, Salakətin Ərazi Dairəsi üzrə Salakətin kəndində qeydiyyatdadır. İş materiallarında olan Xocavənd Rayon Polis Şöbəsinin 21 sentyabr 2023-cü il tarixli, 3-13-82/2-2100/2023 saylı məktubundan görünür ki, Beyləqan rayonu, Bolsulu kəndində yaşayan İddiaçı Xocavənd Rayon Polis Şöbəsinə Cavabdeh barəsində hər hansı bir müraciəti daxil olmamışdır. İş materiallarında olan Beyləqan Rayon Polis Şöbəsinin 19 oktyabr 2023-cü il tarixli, 39/3-13-67/2-15258/2023 saylı məktubundan görünür ki, Beyləqan rayonu, Bolsulu qəsəbə sakini İddiaçı RPŞ-nə etmiş olduğu müraciət əsasında toplanmış materialla Sizə göndətilir. İş materiallarında olan Beyləqan Rayon Polis Şöbəsinin 09 may 2023-cü il tarixli, 39/137-6442M-3122 saylı məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi sisteminə etmiş olduğuğunuz müraciətinizə cavab olaraq, müraciətinizdə göstərdiyiniz xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğu üçün iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət etmək hüququ İddiaçı izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, İddiaçı onun bibisidir və Cavabdeh isə Xocavənd rayonundan məcburi köçkün kimi Beyləqan rayonu, Bolsulu kəndində məskunlaşdığı üçün tanımışdır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, o, 2022-ci ilin dekabr ayında İddiaçı işi olduğu üçün onlara getmiş və biraz işləyəndən sonra onların həyətində oturub çay içərkən qapı döyülmüş və Nazilə Mustafayevə qapını açıb həyətə gələn şəxslə söhbət etmişdir. O, gələn şəxsin kim olduğunu soruşarkən İddiaçı bildirmişdir ki, Cavabdehdur borc pula gəlmişdir. Həmin vaxt o, İddiaçı bildirmişdir ki, Cavabdeh düz adam deyil və ona pul versə ala bilməyəcəkdir. Bu hadisədən üç dörd gün sonra eşitmişdir ki, Cavabdeh bacısı ilə İddiaçı gilə gəlmiş və ondan 780 manat borc pul almışdır. Bu hadisədən bir ay sonra Cavabdeh yeznəsi onunla bir yerdə işləyən Mərkəz adlı şəxs vasitəsilə ona 70 manat verərək həmin pulu İddiaçı veriməyini xahiş etmiş və oda həmin 70 manat pulu İddiaçı vermişdir. Hazırda Cavabdeh İddiaçı olan borcunu qaytarıb qaytarmamasından xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı onun həmkəndlisidir, Cavabdeh isə Xocavənd rayonundan məcburi köçkün kimi Beyləqan rayonu, Bolsulu kəndində məskunlaşıb yaşadığı üçün tanımışdır. Tərəflərə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, Nazilə Musafayeva ona bildirmişdir ki, Cavabdeh ondan 750 borc pul almış və qaytarmamışdır. Cavabdeh qaynı Mərkəz adlı şəxs onunla bir yerdə işlədiyindən, Cavabdeh ona olan 750 manat borcunun alıb verməsini xahiş etmişdir. O, Malikin borcu barədə Mərkəzə demiş, bir müddətdən sonra Mərkəz ona 100 manat pul vermiş və demişdir ki, hər ay 100 manat Malikdən alıb verəcəkdir. İkinci ayı Mərkəz ona 50 manat vermiş, İddiaçı 50 manat pulu götürməyərək geri qaytarmış və bildirmişdir ki, o, hər ay 100 manat qaytarmaq şərti ilə razılaşmışdır. Onun bildiyinə görə Cavabdeh İddiaçı 580 manat borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllsəinin 157.2-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə müvafiq olaraq, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 750 manat borc pul alması, aldığı puldan 170 manatının qaytarması, hazırda İddiaçı 580 manat məbləğində borclu qalması iddiaçının izahatı, şahid ifadəsi və işin digər halları ilə sübuta yetirildiyindən iddia əsaslıdır, təmin edilməli, Cavabdeh 580 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 238, 241-242-ci, 244-cü və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 580 (beş yüz səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Xocavənd Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar