Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № 2(069)-193/2023 03.10.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 1990-cı ildə Şabran rayonunda anadan olmuş, Şabran rayonu H.Nağıyev küçəsi ev 22-də qeydiyyatda olan, Xocavənd rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmət edən Cavabdeh 6.000 (altı min) manat verdiyi malların pulunu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi baradə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(069)-172/2021 saylı məhkəmə əmri ilə xx xxxxxxxx 1990-cı ildə Şabran rayonunda doğulmuş, Şabran rayonu H.Nağıyev küçəsi ev 22-də qeydiyyatda olan, Xocavənd rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmət edən və yaşayan Cavabdeh 6.000 (altı min) manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Beyləqan şəhəri G.Ağayeva küçəsi ev 17-də yaşayan İddiaçı xeyrinə tutulmuşdur. Borclu Əzizov X1 Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(069)-172/2021 saylı məhkəmə əmrindən etirazla məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(069)-172/2021 saylı saylı məhkəmə əmrini ləğv edilməsi və materiallar iddia icraatına keçirilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(069)-172/2021 saylı qərardadı ilə ərizəçi İddiaçı borclu Cavabdeh qarşı «pul» tələbi barədə məhkəmə əmrinin verilməsinə dair mülki iş üzrə borclu Cavabdeh Xocavənd Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(069)-172/2021 saylı məhkəmə əmrindən verdiyi etirazı təmin edilmiş, Xocavənd Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(069)-172/2021 saylı məhkəmə əmri ləğv edilmiş, mülki işə 2(069)-193/2023 nömrəsi verilmiş və mülki iş üzrə ərizəyə məhkəmə hazırlıq iclasında baxılması 03 oktyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. İddiaçı 03 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, borclu Cavabdeh məhkəmə əmrindən şikayət vermişdir. Daha sonra aralarında olan razılığa əsasən, Cavabdeh şikayətinin baxılmamış saxlanılmasını istəmişdir. Belə ki, onlar razılığa gəlmiş və Cavabdeh borcunu hissə-hissə ödəyir. Odur ki, mülki işi baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh 20 sentyabr 2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək, haqqında olan iddiaya qarşı verdiyi şikayətinin baxılmamış saxlanılmasını və mülki işin həmin məhkəmədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı haqqında tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xocavənd Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-193/2023
Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №2(069)-193/2023
03.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver