Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № 2(069)-74/2025 06.03.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, Cavabdeh 5.511,06 manat əsas, 398,20 manat faiz, 30,18 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5.939,44 manat borcun və ödənilmiş 79,40 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, tərəflər arasında hazırki iş üzrə mübahisənin məhkəmə qaydasında həllinə zərurətin aradan qalxdığını nəzərə alaraq, iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı haqqında tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göründüyü kimi "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə iddiaçı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalı, ödənilmiş 79,40 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 267-268-ci rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə qaytarılsın. Ödənilmiş 79,40 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin hesabına qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Xocavənt Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-74/2025
Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №2(069)-74/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver