Məhkəmə qərarları › İş №2(069)-88/2025

Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №2(069)-88/2025

19.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № 2(069)-88/2025 19.02.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Xocavənd Rayon Məhkəməsinin hakimi Əliyev İlqar Yadulla oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri açıq məhkəmə iclasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavanbdeh Cavabdeh 1.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi İddiaçı iddia ərizəsində Cavabdeh yaşayış ünvanını Yevlax rayonu, Aran qəsəbəsi kimi göstərsədə, iddia ərizəsi səhvən aidiyyat qaydası pozulmaqla Xocavənd Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa elektron məhkəmə sistemindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində doğulmuş, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152 və 263-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə iddia verməsi hüquqları izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 10 (on) gün müddətinə Xocavənd Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar