Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-1/2023 27.01.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim X2 оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin vaxtında icra edilməməsinə görə ləğv edilməsi və pulun alınması tələbinə dair mülki işə, Xocalı Rаyоn Məhkəməsinin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə onun arasında olan 07 yanvar 2022-ci il tarixdə bağlanmış olduğu kredit müqaviləsinin ləğv edilməsi və Xocalı rayonu, Kosalar Ərazi Dairəsi, Kosalar kəndində qeydiyyatda olan Cavabdeh kredit müqaviləsində göstərilən 5,200 manat borcun, məhkəmə üçün ödədiyi 72 manat dövlət rüsumunun cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 07 yanvar 2022-ci il tarixdə iddiaçıdan 5,200 manat borc pul alaraq 07 iyul 2023-cü il tarixədək söz vermişdir ki, qaytaracaqdır. Lakin bu günə kimi ona 5,200 manat pul borcunu ödəməmişdir. Cavabdeh müqavilədə göstərilən 5,200 manat qalıq borcunu ödəməmişdir və müxtəlif bəhanələrlə ödəməkdən yayınır. Onlar bu barədə Göygöl rayon Notariat Ofisinin Xüsusi Notariusunda borc müqaviləsi bağlamışlar. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmişdir, yəni özərinə götürdüyü ödənişi tam şəkildə icra etməmişdir. Belə olan halda o məcburiyyət qarşısında qalaraq müqavilədə göstərilən pulun ödənilməsi üçün məhkəməyə müraciət etmiş və pulunu geri tələb edir, çünki cavabdehin hazırki vəziyyəti və vəziyyətin dəyişməsi onu buna məcbur edir. İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək əlavə olaraq bildirmişdir ki, kredit müqaviləsi notariat kontorunda bağlanmadan öncə cavabdehlə razılaşdırılmışdır ki ,o, özünə məxsus Bank kartını iddiaçıya təqdim edəcək, sonuncu isə hər ay cavabdehin maaşından borc məbləğini çıxaracaqdır. Kredit müqaviləsi bağlandıqdan sonra cavabdeh kartı təqdim etmiş, lakin sonradan həmin kartı bloklamışdır. Bununla da təsdiq olunur ki, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, əvvəllər İddiaçı 500 manat borc pul götürmüşdür. Həmin məbləğ üzrə faiz ödəməyi öhdəsinə götürmüşdür. Lakin, maddi çətinlikləri olduğu üçün pulu və faizini ödəyə bilməmişdir. 2022-ci ilin yanvar ayında İddiaçı ona bildirmişdir ki, borcu artıq 5,200 manatdır. İddiaçı tələbi üzrə razılaşmışlar ki, həmin məbləğə dair notariat kontorunda kredit müqaviləsi bağlasınlar və o, özünə məxsus Bank kartını İddiaçı təqdim etsin, sonucu isə hər ay onun maaş kartından məbləğ çıxarsın. Lakin, sonradan fikrini dəyişmiş və İddiaçı təqdim etdiyi Bank kartını ləğv etdirmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra Nemət Hacyevə 1,500 manat borcun əvəzi olaraq ödəsə də, buna dair heç bir sübutu yoxdur. İddianın qismən, 3,700 manat tələbi hissəsində təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Göygöl rayon Notariat Ofisində bağlanmış 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 5,200 manat məbləğində borc pul vermişdir. Göygöl rayon Notariat Ofisinin notariusu A.Ə.Eyvazovun "xxxx" ASC-nin Göygöl rayon filialının müdiri Taleh Mustafayevə ünvanladığı 07 yanvar 2022-ci il tarixli 05 saylı məktubdan görünür ki, Göygöl rayonu, Yeni Zod kəndində qeydiyyatda olan İddiaçı tərəfindən notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 5,200 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məxaric qəbzi əsasında Xocalı rayonu, kosalar kəndində qeydiyyatda olan Cavabdeh verilməsi üçün banklarında olan VÖEN ********** saylı və AZ 76AİİB******************** nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 07 yanvar 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmış və həmin müqavilədə qeyd edilən 5,200 manat pul iddiaçı tərəfindən notariat ofisinin müvafiq Bank hesabı vasitəsi ilə cavabdehə verilmişdir. Müqavilədə qeyd edilən şərtlərə görə cavabdeh həmin borcu 07 iyul 2023-cü il tarixədək qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, Cavabdeh da etirafı ilə təsdiq olunur ki, o, özünə məxsus Bank kartını İddiaçı təqdim etməklə belə razılaşmışdır ki, sonuncu həmin Bank kartından hər ay müəyyən məbləğdə pul çıxaracaq və bu, ümumi borcdan silinəcəkdir. Məhkəmə hesab edir ki, bu şərt müqavilədə bilavasitə göstərilməsə də, cavabdehin iradə ifadəsi ilə, yəni özünün etirafı ilə yanaşı, hər ay hesabına müəyyən məbləğdə pul mədaxil edilən Bank kartının iddiaçıya təqdim edilməsi ilə də təsdiq olunur. Cavabdeh ayrı-ayrı vaxtlarda İddiaçı 1,500 manat ödədiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə alınmış borcun qaytarılmasını sübut etmək hazırkı halda cavabdehin üzərinə düşür ki, cavabdeh buna dair hər hansı sübut təqdim etməmişdir. Bununla da, cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsinin şərtlərinin pozulması təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir, tərəflər arasında bağlanmış borc müqaviləsi ləğv edilməli və 5,200 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. 07 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5,200 manat məbləğində borc, habelə 72 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5,272 (beş min iki yüz yetmiş iki) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(070)-1/2023
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-1/2023
27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver