Məhkəmə qərarları › İş №2(070)-109/2023

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-109/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-109/2023 07.07.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə, açıq məhkəmə iclasında, Xocalı Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xeyirlərinə 1905.31 manat əsas, 21.28 manat faiz, cəmi 1926.59 manat, 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 39.27 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Türkan Piriyeva məhkəməyə ərizə göndərərək, hazırda bankla cavabdeh arasında razılıq əldə olunduğu üçün iddia ərizəsinin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Mülki Prossesual Məcəllə: Maddə 259.0.11 iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi ərizənin baxılmamış saxlanılması barədə ərizə təqdim etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.11, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu 39.27 manat və 0.40 manat xidmət haqqı "xxxx" KB ASCyə qaytarılsın. Qərardaddan onun rəsmi verildiyi gündən 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar