Məhkəmə qərarları › İş №2(070)-13/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-13/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-13/2023 21.07.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyirlərinə 8,536.66 manat əsas, 1,587.76 manat faiz borcunun və ödənilmiş 120.37 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK4358969A170 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 8,536.66 manat əsas, 1,587.76 manat faiz, cəmi 10,124.42 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov məhkəməyə ərizə göndərərək, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq bu iş üzrə bütün məhkəmə iclaslarına iştirakalrı olmadan baxılmasını və iddialarının tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iddiaçı təşkilatın nümayəndəsinin və Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2021-ci il tarixli, RGTK4358969A170 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdehə illik 20 % olmaq şərtilə 60 ay müddətinə 8,536.66 manat kredit verilmişdir. 29 sentyabr 2022-ci il tarixli 135000/3780 nömrəli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli, RGTK4358969A170 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 8,536.66 manat əsas, 1,587.76 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 aprel 2023-cü il tarixli 9/2348 saylı Ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli RGTK4358969A170 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 22 sentyabr 2022-ci il tarixə əsas borcu 8,536.66 manat, faiz borcu 1,512.89 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, təqdim olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC, Cavabdeh ilə bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra edərək sonuncuya kredit müqaviləsində qeyd edilən məbləğdə pulu versə də, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. İddia ərizəsində qeyd edilən kredit müqaviləsi üzrə yaranmış əsas borcun əsassızlığına dəlalət edən hər hansı sübut müəyyən edilməmişdir. Lakin, ekspert rəyi ilə müəyyən olunur ki, faiz borcu 1,512.89 manat təşkil edir. Ekspert rəyində qeyd edilən həmin məbləğin düzgün olmadığına dair sübutlar müəyyən olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddia ərizəsində qeyd edilən əsas borc, ekspertizanın nəticə hissəsində göstərilən faiz borcu, habelə həmin məbləğə mütənasib ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qimən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, RGTK4358969A170 saylı kredit müqaviləsi üzrə 8,536.66 manat əsas, 1,512.89 manat faiz borcu, habelə 120.15 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 10,169 (on min yüz altmış doqquz) manat 70 (yetmiş) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (bir yüz) manat Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar