Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-136/2023 11.08.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********47091 Samsung Galaxy A71 markalı telefon üçün 913.6 manat ödənilməmiş hissə, 91.4 manat cərimə, xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********80159 olan Samsung Galaxy A51 markalı telefon üçün 632.4 manat ödənilməmiş hissə, 63.6 manat cərimə borcu, habelə 37.01 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********47091 Samsung Galaxy A71 markalı telefon, İmei Kodu **********80159 olan Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 1,701 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1,257.6 manat (12 ay x 86.3 manat + 222 manat ilkin ödəniş) İmei Kodu **********47091 Samsung Galaxy A71 markalı telefon üçün ümumilikdə, 1,005 manat olmaqla ondan, 913.6 manat ödənilməmiş hissə, 91.4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 824.4 manat (12 ay x 58.7 manat + 120 manat ilkin ödəniş) İmei Kodu **********80159 olan Samsung Galaxy A51 markalı telefon ümumilikdə, 696 manat olmaqla ondan, 632.4 manat ödənilməmiş hissə, 63.6 manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 536 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı təşkilatın Problemli kreditlər departamentinin rəhbəri Rauf Süleymanlı məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakları olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehla isə telefonla əlaqə saxlanılmış o isə bildirmişdir ki, məhkəmə iclasında iştirak edə bilməyəcək, iddianın qismən, əsas borc hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2021-ci il tarixli 22301558 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-i arasında bağlanmış müqavilənin şərtlərinə əsasən İmei Kodu **********80159 olan Samsung Galaxy A51 markalı telefon almışdır. xx.xx.2021-ci il tarixli 22333912 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-i arasında bağlanmış müqavilənin şərtlərinə əsasən İmei Kodu **********47091 Samsung Galaxy A71 markalı telefon almışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 913.6 manat ödənilməmiş hissə var, 91.4 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 632.4 manat ödənilməmiş hissə var, 63.6 manat dəbbə pulu hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud sübutlarla cavabdehin, iddiaçı ilə aralarında bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi və bunun nəticəsində tələbdə qeyd edilən borcun yaranması tam təsdiq olunur. Həmin borcun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmişdir. Lakin, məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə hesablanmış yüksək cərimə azaldılaraq xx.xx.2021-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 20 manat müəyyən edilməlidir. Bu səbəbdən iddia qismən təmin edilməli, yaranmış borc, müəyyən edilmiş məbləğdə cərimə, habelə təmin edilən hissəyə mütənasib ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli 22301558 saylı müqavilə üzrə 632.4 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli 22333912 saylı müqavilə üzrə 913.6 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, habelə 35.96 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1,631 (bir min altı yüz otuz bir) manat 96 (doxsan altı) qəpik Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(070)-136/2023
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-136/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver