Məhkəmə qərarları › İş №2(070)-139/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-139/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-139/2023 21.07.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X2 9 markalı telefon üçün 384.2 manat ödənilməmiş hissə, 38.8 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kod **********98502 X2 9 markalı telefon almış və nəticədə 423 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 688.2 manat (12 ay x 51.1manat + 75 manat ilkin ödəniş) İmei Kod **********98502 X2 9 markalı telefon üçün ümumilikdə, 423 manat olmaqla ondan 384.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.8 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 304 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.20202-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı təşkilatın problemli kreditlər departamentinin rəhbəri Rauf Süleymanlı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakları olmadan baxılmasına etirazlarının olmadığını, iddianı müdafiə etdiklərini və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ilə telefonla əlaqə saxlanılmış, o isə bildirmişdir ki, borcla razıdır və məhkəməyə heç bir etirazı yoxdur. xx.xx.2020-ci il tarixli 21148441 saylı kredit müqaviləsindən görünür ki, Cavabdehyla "xxxx" MMC arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh İmei Kod **********98502 X2 9 markalı telefon nisyə almışdır. 28 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə 384.2 manat ödənilməmiş hissə var, 38.8 manat cərimə hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud sübutlarla cavabdehin, iddiaçı ilə aralarında bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi və bunun nəticəsində tələbdə qeyd edilən borcun yaranması tam təsdiq olunur. Həmin borcun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmişdir. Cavabdeh buna etiraz etməmişdir. Bu səbəbdən iddia təmin edilməli, yaranmış borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli 21148441 saylı müqavilə üzrə 384.2 manat əsas, 38.8 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 453 (dörd üç əlli üç) manat Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar