Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-164/2023 23.06.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim X3 оğlunun sədrliyi ilə, İddiаçı İddiaçı MMC-nin cаvаbdеh Cavabdeh qаrşı borc tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Xocalı Rаyоn Məhkəməsinin inzibati binаsındа bахаrаq, müəyyən еtdi: İddiаçı İddiaçı MMC cаvаbdеh Cavabdeh qаrşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xeyirlərinə 563 manat borc məbləği, 55 manat faiz borcu, 32 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 680 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiа tələbi belə əsaslandırılmışdır ki, iddiаçı İddiaçı MMC-nin direktoru X1 ilə cаvаbdеh Cavabdeh arasında 13 may 2022-ci il tarixli R0042381 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh İddiaçı mağazasından ümumi nisyə dəyəri 615 manat olan Samsung A325 64 ds (İMEİ **********26667) markalı əşya almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 15-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 52 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 563 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə cаvаbdеh Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə madafiəsindən istifadə etmək məcburiyyətindədirlər. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Xocalı Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. 13 may 2022-ci il tarixli R0042381 saylı əşyanın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, cavabdehə 12 ay müddətinə 615,00 manat dəyərində olan Samsung A325 64 ds (İMEİ **********26667) markalı əşyanı satılmışdır. Maliyyə arayışından müəyyən olunur ki, 13 may 2022-ci il tarixli R0042381 saylı alqısatqı müqaviləsi üzrə 563 manat əsas borc qalmış, 55 manat faiz, 32 manat cərimə hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud sübutlarla cavabdehin, iddiaçı ilə aralarında bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi və bunun nəticəsində tələbdə qeyd edilən borcun yaranması tam təsdiq olunur. Həmin borcun düzgün hesablanmadığına dair hər hansı sübut, habelə cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Cavabdeh buna etiraz etməmişdir. Bu səbəbdən iddia təmin edilməli, yaranmış borc, cərimə, habelə ödənilmiş məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 13 may 2022-ci il tarixli R0042381 saylı alqı-satqı müqaviləsi üzrə 563 manat əsas borc, 55 manat faiz borcu, 32 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 680 (altı yüz səksən) manat Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(070)-164/2023
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-164/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver