Məhkəmə qərarları › İş №2(070)-184/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-184/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-184/2023 05.07.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim X1 оğlunun sədrliyi ilə, İddiаçı "xxxx" MMC-nin cаvаbdеh Cavabdeh qаrşı borc tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Xocalı Rаyоn Məhkəməsinin inzibati binаsındа bахаrаq, müəyyən еtdi: İddiаçı "xxxx" MMC cаvаbdеh Cavabdeh qаrşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Soyuducu Samsung üçün 1,090 manat ödənilməmiş hissə, 109 manat cərimə, 31.99 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiа tələbini belə əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu Samsung almış və nəticədə 1199 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1548 manat (yəni 18 ay x 86 manat + 0 manat ilkin ödəniş) olan Soyuducu Samsung üçün ümumilikdə 1,199 manat olmaqla, ondan 1,090 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 109 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 458 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Xocalı Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. xx.xx.2021-ci il tarixli, 23247773 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh, "xxxx" MMC-dən Soyuducu Samsung almışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1,090 manat ödənilməmiş məbləğ var, 109 manat cərimə hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud sübutlarla cavabdehin, iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi və bunun nəticəsində tələbdə qeyd edilən borcun yaranması tam təsdiq olunur. Həmin borcun düzgün hesablanmadığına dair hər hansı sübut, habelə cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Cavabdeh buna etiraz etməmişdir. Bu səbəbdən iddia təmin edilməli, yaranmış borc, cərimə, habelə ödənilmiş məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, 23247773 nömrəli müqavilə üzrə 1,090 manat ödənilməmiş hissə, 109 manat cərimə, habelə 31.99 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1,230 (bir min iki yüz otuz) manat 99 (doxsan doqquz) qəpik Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar