Məhkəmə qərarları › İş №2(070)-190/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-190/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-190/2023 11.08.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim X1 оğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, İddiаçı İddiaçı ASC-nin cаvаbdеh Cavabdeh qаrşı kredit limiti razılaşması üzrə kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında, Xocalı Rаyоn Məhkəməsinin binаsındа bахаrаq, müəyyən еtdi: İddiаçı İddiaçı ASC Cavabdeh qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5,938.3 manat əsas, 506.47 manat faiz borcunun, 38.47 manat cərimə, həmçinin iddia qaldırılması üçün ödənilmiş 84.84 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiа tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 32290***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 120 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 16 % dərəcəsi ilə (aylıq ödəniş 489.48 manat olmaqla hər ayın 28-dək ödənilmək şərti ilə) 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 5,938.3 manat məbləğində əsas kredit borcu, 506.47 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 38.47 manat cərimə olmaqla, cəmi 6,483.24 manat məbləğində borcu qalmaqdadır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iclasa gəlməmişdir, lakin onunla telefonla əlaqə saxlanılmış, o isə bildirmişdir ki, borcla razıdır. 32290***-*******01L saylı, 29 sentyabr 2021-ci il tarixli kredit limiti müqaviləsindən müəyyən olunur ki, Cavabdeh 24 ay müddətinə illik 16 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. İşdə olan arayışdan görünür ki, 11 aprel 2023-cü il tarixə yaranmış tələb müqavilə üzrə əsas borc 5,938.3 manat, faiz borcu 506.47 manat, cərimə borcu 38.47 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, təqdim olunmuş sübutlarla təsdiq olunur ki, iddiaçı, cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra edərək sonuncuya kredit müqaviləsində qeyd edilən məbləğdə pulu versə də, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində iddia tələbində qeyd edilən məbləğdə borc yaranmışdır. Bu səbəbdən iddia əsaslıdır və cavabdeh iddiaçı qarşısında yaranmış borca görə məsuliyyət daşıyır. İddia ərizəsində qeyd edilən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borclarının əsassızlığına, habelə cərimənin tənasübsüzlüyünə dəlalət edən hər hansı sübut müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, yaranmış borc, cərimə, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı və tərəflər arasında bağlanmış müqavilə ləğv edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 32290***-*******01L saylı, 29 sentyabr 2021-ci il tarixli kredit limiti müqaviləsi üzrə 5,938.3 manat əsas, 506.47 manat faiz borcu, 38.47 manat cərimə, habelə 84.84 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 6,568 (altı min beş yüz altmış səkkiz) manat 08 (səkkiz) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar