Məhkəmə qərarları › İş №2(070)-206/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-206/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-206/2023 25.08.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim X1 оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, İddiаçı "xxxx" KB ASC-nin cаvаbdеh Cavabdeh qаrşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında, Xocalı Rаyоn Məhkəməsinin binаsındа bахаrаq, müəyyən еtdi: İddiаçı "xxxx" KB ASC Cavabdeh qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyirlərinə 4,641.7 manat əsas, 1,291.65 manat faiz, 28 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5,961.35 manat borcun, 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 79.62 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiа tələbi belə əsaslandırılmışdır ki, iddiаçı "xxxx" KB ASC ilə cаvаbdеh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35 %-dək ödəmək şərtilə 20.000 manat məbləğində krediti, kredit prosedurlarına görə 5 % (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 5 manat komisyon haqqı tutmaqla cavabdehə verə bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 24 may 2023cü il tarixinə "xxxx" KB ASC-yə 4641.7 manat əsas, 1291.65 manat faiz, 28 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5961.35 manat borcu yaranmışdır. İddiaçı təşkilatın nümayəndəsi Türkan Piriyeva məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iclasa gəlməmişdir. Lakin Cavabdehla telefon vasitəsi ilə əlaqə saxlanılmış o isə bildirmişdir ki, məhkəmə iclasına gələ bilməyəcək, borcla razıdır, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35 %-dək ödəmək şərtilə 20.000 manat məbləğində krediti, kredit prosedurlarına görə 5 % (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 5 manat komisyon haqqı tutmaqla cavabdehə verə bilər. Cədvəldən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 24 may 2023-cü il tarixə 4,641.7 manat əsas, 1,291.65 manat faiz, 28 manat cərimə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlarla cavabdehin, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi tam təsdiq olunur, bu səbəbdən iddiaçının yaranmış borcu tələb etmək hüququ yaranmışdır. Həmin borcun düzgün hesablanmadığını təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, yaranmış borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 6612sİSML/20 saylı kredit müqaviləsi üzrə 4,641.7 manat əsas, 1,291.65 manat faiz, 28 manat cərimə, habelə 79.62 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 0.40 manat xidmət haqqının, ümumi 6,041 (altı min qırx bir) manat 37 (otuz yeddi) qəpik Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar