Məhkəmə qərarları › İş №2(070)-21/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-21/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-21/2023 10.03.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X2 qarşı kredit borcunun qaytarılması barədə ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdeh Xəzəngül Qəhrəmanovaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyirlərinə 7,928 manat əsas, 1,012.59 manat faiz, cəmi 8,940.59 manat məbləğində borcun və ödənilmiş 109.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, GTZK4555316A299 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə 7,928 manat əsas, 1,012.59 manat faiz, cəmi 8,940.59 manat borcu yaranmışdır. İddiaçı ASC-nin problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov məhkəməyə ərizə ilə müraciət edərək mülki işə bütün məhkəmə iclaslarında iddiaçı tərəfin iştirakları olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, işə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2021-ci il tarixli, GTZK4555316A299 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC ilə Xəzəngül Qəhrəmanova arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncuya 35 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 7,928 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli, GTZK4555316A299 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 7,928 manat əsas, 1,012.59 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, təqdim olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC, Xəzəngül Qəhrəmanova ilə bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra edərək sonuncuya kredit müqavilələrində qeyd edilən məbləğdə pulu versə də, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində iddia tələbində qeyd edilən məbləğdə borc yaranmışdır. İddia ərizəsində qeyd edilən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borclarının əsassızlığına dəlalət edən hər hansı sübut müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır, kredit müqaviləsi üzrə yaranmış borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2021-ci il tarixli, GTZK4555316A299 saylı kredit müqaviləsi üzrə 7,928 manat əsas, 1,012.59 manat faiz borcu, habelə 109.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 9,049 (doqquz min qırx doqquz) manat 99 (doxsan doqquz) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar