Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-213/2023 03.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim X1 оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Xocalı Rаyоn Məhkəməsinin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16.476,72 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iclas zamanı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2029-cu ildə onun zaminliyi ilə "xxxx" ASC-dən 14.157,53 manat kredit götürmüşdür. Cavabdeh krediti 60 ay müddətinə, illik 24.78 faizlə ödəməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, ödəniş kartı üzrə çıxarışlardan görünür ki, 6.615,65+2920,07=9.535.72 manat məbləğində pul əmək haqqı kartından kreditə görə çıxarılmışdır. Ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 22083 nömrəli qəbzdən görünür ki, kredit müqaviləsinə görə "xxxx" ASC-yə 6.941,00 manat bir dəfəyə pul ödəmişdir. O, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi ilə bağlı "xxxx" ASC-nin hesabına cəmi 16.476,72 manat pul ödəmişdir. Krediti bağladıqdan sonra Cavabdeh onun əvəzinə ödədiyi pulu qaytarmasını tələb etmiş, ancaq heç bir nəticəsi olmamışdır. Hazırda Cavabdeh onun əvəzinə banka ödədiyi pulu ona qaytarmaqdan müxtəlif bəhanələrlə imtina edir. Belə olan halda başqa çıxış yolu qalmadığı üçün reqres iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh 16.476,72 manatın alınıb ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir, lakin o, məhkəməyə ərizə təqdim edərək, həmin borcla razı olduğunu, heç bir etirazının olmadığını, odur ki, məhkəmə iclasına onun iştirakı olmadan baxıb qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2019-cu il tarixli Z-RGTK1490439A186 saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və sonuncu, kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zəmanət vermişdir. Xocalı Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli "xxxx" ASC-yə ünvanladığı məktubundan görünür ki, Cavabdeh hesabına 6941 manat ödənilməsi ilə bağlı həmin əməliyyat icra olunan zaman əks olunmuş video görüntülərin Xocalı Rayon Məhkəməsinə rəsmi qaydada göndərilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin 11 oktyabr 2023-cü il tarixli 2023/111/9603 nömrəli Xocalı Rayon Məhkəməsinə göndərmiş olduğu cavab məktubunda bildirilir ki, "xxxx" ASC-nin video müşahidə sisteminin serverləri videoyazıları 2 ay saxladığından xx.xx.2023-cü il tarixli əməliyyatların aparıldığı ünvanda quraşdırılmış kamera vasitəsilə qeydə alınmış görüntülər mövcud deyildir. "xxxx" ASC-nin “Ağdam” filialının 26 oktyabr 2023-cü il tarixli 120 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Kapital Bank ASC-də 24 sentyabr 2019-cu il tarixli Cavabdeh adına RGTK1490439A186 nömrəli müqavilə ilə rəsmiləşdirilmiş 14157.53 manat məbləğində kreditə halhazırda heç bir zaminlik öhdəliyi yoxdur. Mülki Məcəllə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2029-cu ildə İddiaçı zaminliyi ilə "xxxx" ASC-dən 14.157,53 manat kredit götürmüş, lakin cavabdeh borclu olaraq öhdəliyini icra etməmiş, iddiaçı zamin kimi 16.476,72 manat kredit borcunu tam bağlamış və beləliklə, iddiaçının cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 24 sentyabr 2019-cu il tarixli RGTK1490439A186 saylı kredit müqaviləsi üzrə ödənilmiş borcun əvəzi 16.476,72 manat İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 24 sentyabr 2019-cu il tarixli RGTK1490439A186 saylı kredit müqaviləsi üzrə ödənilmiş borcun əvəzi 16.476,72 manat İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(070)-213/2023
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-213/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver