Məhkəmə qərarları › İş №2(070)-243/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-243/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-243/2023 26.10.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim Əli Toğrul Məhəmməd оğlunun sədrliyi ilə, İddiаçı "xxxx" MMC-nin cаvаbdеh Cavabdeh qаrşı borc tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Xocalı Rаyоn Məhkəməsinin inzibati binаsındа bахаrаq, müəyyən еtdi: İddiаçı "xxxx" MMC cаvаbdеh Cavabdeh qаrşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 577 manat əsas borc, 210 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiа tələbini belə əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, WP 0225 saylı Nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 2 ədəd 126 manat dəyərində Yuxu Döşək 900*2000, 1 ədəd 576 manat dəyərində X1 ümumi 827 manatlıq təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Cаvаbdеh Cavabdeh almış olduğu məhsul üçün hər ay 11 ay müddətinə hər ay 69 manat, sonra ay 68 manat olmaqla 12 ay müddətinə ödənilməli idi. O 5 ayına ümumi 345 manat ödəməli olmağına baxmayaraq xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi 250 manat ödəniş etmişdir. Növbəti ödəniş vaxtı xx.xx.2023-cü il tarix olmasına baxmayaraq cavabdeh tərəfindən hal-hazıra kimi heç bir ödəniş edilməmişdir. Nəticədə cаvаbdеhin "xxxx" MMC-yə 577 manat borcu əmələ gəlmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cаvаbdеh Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, əsas borcla razıdır, lakin maddi imkanı aşağı olduğundan, həmçinin ailə vəziyyətini nəzərə alaraq cərimə borcunun silinməsində ona köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Onu da qeyd edir ki, heç bir yerdə işləmədiyindən həmin borcu ödəyə bilməmişdir. xx.xx.2022-ci il tarixli, WP0225 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 2 ədəd 126 manat dəyərində Yuxu Döşək 900*2000, 1 ədəd 576 manat dəyərində X1 ümumi 827 manatlıq təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. 19 iyul 2022-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, Cavabdeh 2 ədəd 126 manat dəyərində Yuxu Döşək 900*2000 və 1 ədəd 576 manat dəyərində X1 təhvil almışdır. Maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 577 manat əsas borc, 210 manat cərimə, cəmi 787 manat borc hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud sübutlarla cavabdehin, iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi və bunun nəticəsində tələbdə qeyd edilən borcun yaranması tam təsdiq olunur. Həmin borcun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmişdir. Cavabdeh buna etiraz etməmişdir. Lakin, məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla azaldılaraq 50 manat müəyyən olunmalıdır. Bu səbəbdən qismən iddia təmin edilməli, yaranmış borc, müəyyən edilmiş cərimə, habelə ödənilmiş məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, WP 0225 saylı Nisyə alqı-satqı müqaviləsi üzrə 577 manat əsas borc, 50 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 657 (altı yüz əlli yeddi) manat Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar