Məhkəmə qərarları › İş №2(070)-258/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-258/2025

07.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-258/2025 07.10.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurulmuş maddi ziyana görə 5000 (beş min) manat pulun və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5070 (beş min yetmiş) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Nəzərə çatdırır ki, məlum cinayət hadisəsi nəticəsində təqsirləndirilən şəxs Cavabdeh tərəfindən ona 5000 (beş min) manat məbləğində ziyan vurulmuşdur. İşin bu halı cinayət işinin materiallarında və hökmdə öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən ona vurulmuş ziyan ödənilməmiş, hətta ödənilməsi istiqamətində hər hansı bir addım atmamışdır. Hesab edir ki, Cavabdeh vurulmuş maddi ziyan alınaraq ona ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə teleqram ünvanlayaraq himayəsində körpə uşağı olduğu üçün, yolunun uzaqlığı səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini qeyd etmiş və işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(062)-64/2025 nömrəli hökmündən görünür ki, Cavabdeh təkrar Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini İddiaçı Tovuz rayonu, Əlimərdanlı kənd tam orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, sonuncudan 2024-cü ilin dekabr ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və vaxtda ünvan 1 ünvanında yerləşən Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun inzibati binasının qarşısında 2500 (iki min beş yüz) manat və 19 dekabr 2024-cü il tarixdə, istintaqa məlum olmayan gündə və vaxtda Tovuz şəhəri, M.Zeynalov küçəsində yerləşən avtomobil keçidinin yaxınlığında 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitlərini nağd şəkildə alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı məxsus ümumilikdə 5000 (beş min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Nəticədə Cavabdeh CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sözügedən hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs Cavabdeh şikayətçi olduğunu və sonuncuya ağır cəza verilməsini xahiş etmişdir; Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1(062)-64/2025 nömrəli hökmün icrası barədə göstərişdən görünür ki, Tovuz Rayon Məhkəməsinin Cavabdeh barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, 1(062)-64/2025 nömrəli hökmü 02 iyul 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır; xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı tələb üzrə 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında zərər vurulması nəticəsində öhdəlik hüquq münasibəti yaranmışdır və işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş üzrə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2025-ci il tarixli, 1(062)-64/2025 nömrəli hökmü ilə Cavabdeh zərərçəkmiş şəxs İddiaçı məxsus ümumilikdə 5000 (beş min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq cinayəti törətməsi öz təsdiqini tapmışdır. Sözügedən hökmlə Cavabdeh CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona cəza təyin edilmişdir. Cavabdeh barəsində Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(062)- 64/2025 nömrəli hökmü 02 iyul 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(062)-64/2025 nömrəli hökmündən görünür ki, Cavabdeh təkrar Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2020-ci il tarixli, K-183 nömrəli əmri ilə Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə təyin olunaraq xx.xx.2025-ci il tarixədək həmin vəzifədə işlədiyi müddətdə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini İddiaçı Tovuz rayonu, Əlimərdanlı kənd tam orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, sonuncudan 2024-cü ilin dekabr ayının əvvəllərində, istintaqa məlum olmayan gündə və vaxtda ünvan 1 ünvanında yerləşən Qazax-Tovuz regional təhsil idarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun inzibati binasının qarşısında 2500 (iki min beş yüz) manat və 19 dekabr 2024-cü il tarixdə, istintaqa məlum olmayan gündə və vaxtda Tovuz şəhəri, M.Zeynalov küçəsində yerləşən avtomobil keçidinin yaxınlığında 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitlərini nağd şəkildə alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı məxsus ümumilikdə 5000 (beş min) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdeh iddiaçıya qarşı cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və həmin hökmdə zərərin məbləği göstərilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (MPM-in 82.4-cü maddəsi). MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min) manat pul, həmçinin ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul, həmçinin ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar