Məhkəmə qərarları › İş №2(070)-272/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-272/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-272/2023 15.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim X1 оğlunun sədrliyi ilə, İddiаçı BOKT "xxxx" QSC-nin cаvаbdеh Cavabdeh qаrşı borc tələbi barədə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Xocalı Rаyоn Məhkəməsinin binаsındа bахаrаq, müəyyən еtdi: İddiаçı BOKT "xxxx" QSC Cavabdeh qаrşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsas borcu 598.78 manat, cərimə borcu 89.82 manat, həmçinin ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiа tələbini belə əsaslandırmışdır ki, cavabdehə 13 ay müddətinə qaytarmaq şərtilə 713,00 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 16 dekabr 2022-ci il tarixli, 012-EMB-0862-22 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdehin BOKT "xxxx" QSC-nə xx.xx.2023-cü il tarixə əsas borcu 598.82 manat, cərimə borcu 89.82 manat olmaqla ümumi borcu 688.64 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixli 3225/23 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən “evdə yoxdur” qeydi aparılmaqla pretenziya (xəbərdarlıq) məktubunun bizdən asılı olmayan səbəbdən cavabdehə çatdırılması mümkün olmamışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdehyla telefonla əlaqə saxlanılmış, o isə bildirmişdir ki, ərizədə göstərilən borcla razı olduğunu, lakin cərimə borcunun silinməsində ona köməklik edilməsini məhkəmədən xahiş etmişdir. 16 dekabr 2022-ci il tarixli, 012-EMB-0862-22 saylı kredit müqaviləsindən müəyyən olunur ki, cavabdehə 13 ay müddətinə qaytarmaq şərtilə 713,00 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından müəyyən olur ki, həmin kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2023-cü il tarixə əsas borcu 598.82 manat, cərimə borcu 89.82 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud sübutlarla cavabdehin iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi tam təsdiq olunur. Cavabdeh tələbə etiraz etməmiş, həmin borcun düzgün hesablanmadığına dair hər hansı dəlil müəyyən edilməmişdir. Bu səbəbdən iddia qismən təmin edilməli, yaranmış borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 16 dekabr 2022-ci il tarixli, 012-EMB-0862-22 saylı kredit müqaviləsi üzrə 598.82 manat əsas borc, cərimə borcu 9.82 manat, habelə 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 639 (altı yüz otuz doqquz) manat 04 (dörd) qəpik Cavabdeh iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Əliyev +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++++++++............................................................

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar