Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-32/2024 24.01.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlu, İddiaçı “X1 Kompleksi” MMC-nin Cavabdehnа qаrşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Kompleksi” MMC iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, əsas borca görə 2378 manat, hesablanmış cərimə borcuna görə 475 manat və ödənilmiş dövlət rüsumuna görə 49 manat olmaqla, cəmi 2902 manat pulun cavabdehdən alınaraq “X2 Kompleksi” MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını хаhiş еtmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, alıcı qismində (iddiaçı) “X2 Kompleksi" MMC, tədarükçü qismində “X2 Kompleksi" MMC-nin “X3 və Tədarük Məntəqəsi” filialı və fermer (cavabdeh) Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xx.xx.2020-ci il tarixli, 0051 saylı xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 5 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 3430.80 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh yaranmış borcdan 1052 manat ödəniş etmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2020-ci il tarixli, 0052 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 2378 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 700 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 475 manat təşkil edir. Verilməmişdir: 2378 manat x 20 % = 475 manat. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 16 dekabr 2020-ci il tarixli, 0051 nömrəli “xam-pambığın alqı-satqısına dair müqavilə”dən görünür ki, Cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 5 hektar torpaq sahəsində pambıq əkib “X1 Kompleksi” MMC-yə satmağı öhdəsinə götürmüşdür; 08 avqust 2022-ci il tarixli, 007 nömrəli maliyyə arayışından görünür ki, “X1 Kompleksi” MMC-nin X3 və Tədarükü Məntəqəsi və Cavabdeh arasında bağlanmış xam pambığın istehsalı və tədarükünə dair 16 dekabr 2020-ci il tarixli, 0051 nömrəli müqaviləyə əsasən 3430,80 manat avans borcu yaranmışdır. Yaranmış borcdan 1052,44 manat dəyərində xam pambıq verməklə ödənib. Nəticədə Cavabdeh cəmiyyətə 2378,36 manat borcu qalmışdır. Beləliklə, 3397,66 kq kandisiya çəkidə xam pambıq təhvil verilməmişdir; 01 yanvar 2022-ci il tarixli “üzləşmə aktı”ndan görünür ki, 01 yanvar 2022-ci il tarixə fermer Cavabdeh “X1 Kompleksi” MMC-nin X3 və Tədarük Məntəqəsinə 2378,36 manat borcu olması müəyyən edilmişdir; “ASAN ödəniş” sisteminin xx.xx.2023-cü il tarixli, **********71 nömrəli mədaxil qəbzindən görünür ki, “X1 Kompleksi” MMC məhkəmədə iddia qaldırmaq üçün 49 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh 5 hektar torpaq sahəsində pambıq əkməyi və onu “X1 Kompleksi” MMC-yə satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdehə iddiaçı tərəfindən 3430.8 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmişdir. Cavabdeh yaranmış borcdan 1052 manat dəyərində ödəniş etməklə öhdəliyinin bir hissəsini icra etsə də, cavabdehin qalıq 2378 manat borcu qalmışdır. İddiaçı yаrаnmış bоrcun ödənilməsini cаvаbdеhə təklif еtmiş, lаkin cаvаbdеh bu təklifə münаsibət bildirməmişdir. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 475 manat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 40 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə 49 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” Qanununun 8.1.2-ci maddəsinə əsasən (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) cavabdehdən əvəzi tutulmalı olan ödənilmiş dövlət rüsumunun məbləği 44,18 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cаvаbdеh Cavabdeh 2378 manat əsas, 40 manat cərimə borcu olmaqla, cəmi 2418 manat borc və 44.18 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı “X1 Kompleksi” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsаsən və MPM-in 216-220, 284-6-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ЕTDİ: İddiа qismən təmin еdilsin. Cаvаbdеh Cavabdeh 2378 manat əsas, 40 manat cərimə borcu olmaqla, cəmi 2418 manat borc və 44.18 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı “X1 Kompleksi” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(070)-32/2024
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-32/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver