Məhkəmə qərarları › İş №2(070)-354/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-354/2024

19.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-354/2024 19.11.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Attenti” markalı bir ədəd mobil nəzarət qurğusunun və ona quraşdırılmış proqram lisenziyasının, bir ədəd elektron qolbağın və bir ədəd adaptorun dəyəri (ƏDV ilə birlikdə), yəni 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pulun alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-588/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022-ci tarixdə İddiaçınə daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə şöbənin probasiya üzrə icra məmuru X1 məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum Cavabdeh xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün “Attenti” markalı, 35654249 saylı mobil qurğu ondan təhvil götürülmüş və emal olunması üçün Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. Elektron Monitorinq İdarəsindən göndərilən texniki rəydə qeyd olunmuşdur ki, məhkum Cavabdeh tətbiq edilmiş “Attenti” markalı, 35654249 saylı mobil qurğu zərbəyə məruz qalıb, plastik qapaqlara yapışdırıcı maye vurulub, ana platanın aşağı hissəsində element qopub, təmiri mümkün deyil və istifadəyə tam yararsızdır. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkum Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsi tam yararsız hala düşdüyündən dəyəri onun tərəfindən ödənilməlidir. Tərəflərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri ƏDV ilə birlikdə 2277,4 manat hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum həmin məbləği tam ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından ona tətbiq edilmiş mobil qurğu yararsız hala düşərək onlara maddi ziyan dəymişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, iddia tələbini qəbul edir. Belə ki, o, Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-588/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Həmin cəzanın icrasına nəzarət məqsədi ilə ona müvafiq nəzarət qurğusu təhvil verilmişdir. Cəza çəkdiyi müddətdə həmin qurğu pilləkanlardan yerə düşmüş, üzərindəki şüşə çatlamış və qurğu qırılmışdır. Daha sonra cəzasını çəkib qurtardıqdan sonra o, həmin qurğunu İddiaçınə təhvil vermişdir. Təhvil verilən zaman qurğunun qırılması barədə müvafiq akt tərtib olunmuş və tərəfindən həmin akt imzalanmışdır. Maddi vəziyyəti aşağı olduğundan ondan tələb olunan 2277,4 manat məbləği birdəfəlik ödəyə bilmir. Həmin məbləği hissə-hissə ödəməyə razıdır. Göstərilənlərə dair ərizə təqdim edərək ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçınə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(104)-588/2022 nömrəli qərarından görünür ki, Cavabdeh CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və s. vəzifələr qoyulmuşdur; İddiaçı böyük icra məmuru (probasiya üzrə) N.Y.Camalov və Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh cəza müddətinin sonu ilə əlaqədar üzərinə quraşdırılmış elektron nəzarət vasitəsinin mobil qurğusu təhvil alınarkən korpusunda çat və kiçik qırıq olması aşkar edilmişdir; "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 96-21 nömrəli məktubundan görünür ki, elektron qolbağın ümumi dəyəri 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manatdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(104)-588/2022 nömrəli qərarına əsasən Cavabdeh CM-in 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 1 il 8 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş İddiaçı icraatına daxil olduqdan sonra məhkum Cavabdeh şöbəyə dəvət olunaraq qeydiyyata götürülmüşdür. Cavabdeh (məhkum) Cavabdeh ayağına elektron qolbağ bağlanmış, həmçinin mobil qurğu da ona təhvil verilmişdir. Cavabdeh (məhkum) Cavabdeh cəzasını çəkdiyi müddətdə mobil qurğunu zədələmişdir. Odur ki, cavabdeh (məhkum) Cavabdeh mobil qurğunun dəyəri tam olaraq, yəni 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsait alınıb dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o, yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.14-cü maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, 42,78 (qırx iki manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsait və 42,78 (qırx iki manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsait və 42,78 (qırx iki manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar