Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-44/2023 10.02.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən xeyirlərinə 13 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2,911.73 manat əsas borc, 231.37 manat faiz borcu, 96.07 manat cərimə, habelə 52.39 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Lakin İddiaçı ASC-nin Kreditlərin Bərpası Departamentinin Məhkəmə Orqanları ilə İş Şöbəsinin baş hüquqşünası Mirumud Seyidov məhkəməyə ərizə göndərərək, keçən bu vaxt ərzində bankla borclu arasında borc müqaviləsinə dair razılıq əldə olduğundan iddia ərizəsinin məhkəmədən geri götürülməsi zərurəti yarandığını odur ki, iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul edib, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsillərinin banka geri qaytarılmasına dair göstəriş verilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı 13 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2911.73 AZN əsas borcu, 231.37 AZN faiz borcu, 96.07 AZN cərimə, 52.39 AZN məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu 52.39 manat İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(070)-44/2023
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-44/2023
10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver