Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-80/2023 31.03.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyirlərinə xx.xx.2022-ci il tarixli, GTKR4697143A299 saylı kredit müqaviləsinə əsasən 6,951.57 manat əsas, 882.82 manat faiz borcunun, xx.xx.2022-ci il tarixli, BRED4832598A299 saylı kartına dair müqaviləyə əsasən 475.15 manat əsas, 143.76 manat faiz borcunun və ödənilmiş 104.53 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR4697143A299 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 7,200 manat məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Tərəflər arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, BRED4832598A299 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, GTKR4697143A299 saylı kredit müqaviləsinə əsasən 6,951.57 manat əsas, 882.82 manat faiz, cəmi 7,834.39 manat borcu, xx.xx.2022ci il tarixli, BRED4832598A299 saylı kredit kartına dair müqaviləyə əsasən 475.15 manat əsas, 143.76 manat faiz, cəmi 618.91 manat borcu yaranmışdır. İddiaçı ASC-nin problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq bu iş üzrə bütün məhkəmə iclaslarına iştirakları olmadan baxılmasını və iddialarının tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir, lakin onunla telefonla əlaqə saxlanılmış o isə bildirmişdir ki, borcla razıdır, məhkəmə iclasına gələ bilməyəcək və məhkəməyə etirazının olmadığını bildirdi. Məhkəmə, işə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli, GTKR4697143A299 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncuya 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 7,200 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, BRED4832598A299 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncuya 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, GTKR4697143A299 saylı kredit müqaviləsi üzrə 6,951.57 manat əsas, 882.82 manat faiz, xx.xx.2022-ci il tarixli, BRED4832598A299 saylı kredit kartına dair müqaviləyə əsasən 475.15 manat əsas, 143.76 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, təqdim olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC, Cavabdehla ilə bağlanmış kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra edərək sonuncuya kredit müqavilələrində qeyd edilən məbləğdə pulu versə də, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində iddia tələbində qeyd edilən məbləğdə borc yaranmışdır. İddia ərizəsində qeyd edilən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borclarının əsassızlığına dəlalət edən hər hansı sübut müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır, kredit müqavilələri üzrə yaranmış borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR4697143A299 saylı kredit müqaviləsi üzrə 6,951.57 manat əsas, 882.82 manat faiz borcu, xx.xx.2022-ci il tarixli, BRED4832598A299 saylı kartına dair müqaviləyə əsasən 475.15 manat əsas, 143.76 manat faiz borcu, habelə 104.53 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 8,557 (səkkiz min beş yüz əlli yeddi) manat 83 (səksən üç) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(070)-80/2023
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-80/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver