Məhkəmə qərarları › İş №2(070)-83/2023

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-83/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-83/2023 02.06.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə, açıq məhkəmə iclasında, Xocalı Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC, iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borcu 1,602.00 manat, cərimə borcu 240.30 manat, həmçinin ərizəyə görə ödənilmiş 38.82 manat dövlət rüsumunun əvəzi, ümilikdə 1,881.12 manat borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada tərəflərə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Mülki Prossesual Məcəllə: Maddə 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəməyə gəlmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi verildiyi gündən 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar