Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-1/2025 14.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə toplanmış mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC xx.xx.2021-ci il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4465,86 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Hacıqabul KT" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 21 saylı alğı-satqı müqaviləsinə əsasən Hacıqabul rayonu, Ələtli kəndi ərazisində 24 hektar sahədə pambıq əkib yetişdirdiyi və məhsulu "İddiaçıya" satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar "Cavabdeh" "İddiaçı"dan 15,008,86 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 169,00 manat məbləğində çöp doğrama, 951,00 manat məbləğində şum işləri, 240,00 manat məbləğində kanal çəkmə, 560,00 manat məbləğində mala işləri, 288,00 manat məbləğində əkin işləri, 736,00 manat məbləğində diskli mala, 180,00 manat məbləğində rotasion mala, 22,80 manat məbləğində su daşınması, 534,00 manat məbləğində kultivasiya, 288,00 manat məbləğində gübrə ilə kultivasiya, 430,00 manat məbləğində zəhər səpilməsi, pambığin kombaynla yığıma 960,00 manat, pambıq yığımına görə 1040,00 manat, gübrə və pesdisitlərə 2170,80 manat, lifsiz toxuma 1644,00 manat, becərmə işlərinə 4795 manat, əl ilə yığım 1040,26 manat, cəmi 15008,86 manat hesablanmışdır. Lakin, "Cavabdeh" müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da 10,542,74 manat məbləğində 16728 kq xam-pambıq təhvil vermiş, bununla da "İddiaçı"ya 4465,86 manat məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq "Cavabdeh" "İddiaçı"ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə baxış iclası təyin edilmişdir. İlkin məhkəmə baxışı zamanı Cavabdeh xx.xx.2020-ci il tarixdə ölməsi müəyyən edilmişdir. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Bundan sonra Hacıqabul Rayon Məhkəməsinin 2(071)-146/2021 saylı, xx.xx.2021-ci il tarixli qəradadı ilə vəsatət təmin edilmiş və Cavabdeh vəfat etdiyi üçün mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin icraatında olan və uzun müddət dayandırılmış işlər ümumiləşdirilmiş, hazırkı mülki iş üzrə iddiaçıya hüquqi varislə bağlı məlumat təqdim edilməsi tələb edilmişdir. Bundan sonra, İddiaçı MMC tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli məktub daxil olmuşdur. Lakin həmin məktubda hər hansı mötəbər məlumat təqdim edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, 2(071)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qəradadla mülki iş üzrə icraat təzələnmiş və yeni nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı MMC-yə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümyaəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Belə ki, iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə verərək onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, elektron məhkəmə-informasiya sistemindən əldə edilmiş məlumatdan, eləcə də iş materiallarında olan Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ seriyalı 117180 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, cavabdeh, xx.xx.1954-cü il tarixində Şirvan şəhərində doğulmuş Cavabdeh xx.xx.2020-ci il tarixdə Hacıqabul rayonu Ələtli kəndində miokard infarkt səbəbi ilə ölmüşdür. Dolayısı ilə, iş materiallarından göründüyü kimi, cavabdeh ona qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi verilməmişdən öncə ölmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, 261.0.7-ci maddəyə görə isə ş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Məcəllənin 261.0.1-ci və ya 261.0.8ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, ölmüş şəxs isə hər hansı iş üzrə cavabdeh şəxs qismində iştirak edə bilmədiyindən, hazırkı iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Buna görə də, mülki iş üzrə icraata xitam verilməli və İddiaçı MMC Cavabdeh vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair Hacıqabul Rayon Məhkəməsinin icraatında olan 2(071)-1/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı MMC-yə mərhum Cavabdeh vərəsələri olduğu təqdirdə, onun vərəsələrinə qarşı iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-1/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-1/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver